NKPI

Maraqlı Məlumatlar

Bəzi üzvi kimyaçı alimlər haqqında məlumat

1) Berselius Yens Yakob (20.08.1779 – 7.08.1848) – dahi isveç kimyaçısı. Kimyəvi elementlərin müasir işarələrini elmə gətirib (1814) və kimyəvi birləşmələrin ilk formullarını təklif edib (1817-1830). İzomerlik haqqında təsəvvürləri (1830-1835) və allotropiya haqqında təsəvvürləri genişləndirib (1841), kataliz haqqında anlayışı elmə gətirib.

2) Vyöler Fridrix (31.07.1800–23.09.1882) – alman kimyaçısı. İlk dəfə qeyri-üzvi maddədən üzvi maddə alıb (sidik cövhərini).

3) Kolbe Adolf Vilhelm German (27.09.1818–21.11.1884) – alman üzvi kimyaçısı. Kekule ilə birlikdə karbonun dördvalentli olması haqqında fikir söyləyib. Kimyəvi quruluş nəzəriyyəsinin və stereokimyanın qatı əleyhdarı olub.

4) Bertlo Per Ejen Marselen (25.10.1827–18.03.1907) – dahi fransız kimyaçısı və dövlət xadimi, 1895-ci ildə Fransanın xarici işlər naziri olub. Üzvi kimyada istiqamətin əsasını qoyub. Termokimyanın əsasını qoyub. Ekzotermik və endotermik reaksiyalar anlayışlarını elmə gətirib.

5) Butlerov Aleksandr Mixayloviç (15.09.1828–17.08.1886) – dahi rus kimyaçısı, üzvi maddələrin quruluş nəzəriyyəsinin yaradıcısı (1861), tautomeriya haqqında təlimin əsasını qoyub (1862).

6) Kekule Fridrix Avqust (7.09.1829–13.07.1896) – alman üzvi kimyaçısı. “Valentlik” haqqında ilk fikir söyləyib (1857), benzolun tsiklik struktur formulunu təklif edib (1865).

7) Hilbert Nyuton Lyuis (23.10.1875–23.03.1946) – amerika kimyaçısı. 1916-cı ildə qeyri-polyar kimyəvi rabitənin elektron təbiətinin ilk kifayətedici şərhini verib.

8) Vant-Hoff Yakob Xendrik (30.08.1852–1.03.1911) – holland kimyaçısı. Fiziki kimyanın və stereokimyanın yaradıcılarından biridir. Kimyəvi reaksiyanın sürətinin temperaturdan asılılığını müəyyən edib. Kimya üzrə Nobel mükafatını alan birinci alimdir (1901-ci illər).

9) Le-Byöl Jozef Aşil (24.01.1847–6.08.1930) – fransız kimyaçısı. Vant-Hoff ilə eyni vaxtda (1874-cü il) üzvi birləşmələrin molekullarında atomların fəza yerləşməsi nəzəriyyəsini formalaşdırıb.

10) Markovnikov Vladimir Vasileviç (25.12.1837–11.02.1904) – rus üzvi kimyaçısı. 1869-cu ildə kimyəvi quruluşdan asılı olaraq əvəzetmə, ikiqat rabitəyə birləşmə və izomerləşmə reaksiyalarının getmə qaydasını formalaşdırıb. 1880-ci ildən neftin tərkibini tədqiq edib, neft kimyasının sərbəst elm kimi əsasını qoyub.

11) Kuçerov Mixail Qriqoreviç (03.06.1850–26.06.1911) – rus üzvi kimyaçısı. 1881-ci ildə asetilen karbohidrogenlərinin katalitik hidratasiyası (karbonil birləşmə əmələ gəlməklə) reaksiyasını kəşf edib.

12) Qudir Çarlz (29.12.1800–1.07.1860) – amerika ixtiraçısıdır. Onun kauçuk və doldurucularla çoxsaylı təcrübələri 1839-cu ildə vulkanlaşma prosesinin kəşfinə gətirib çıxardı. 1844-cü ildə bu prosesə patent verilib.

13) Lebedev Sergey Vasileviç (25.07.1874–2.05.1934) – sovet kimyaçısı. İlk dəfə olaraq 1910-cu ildə sintetik butadien kauçukunun nümunəsini alıb, 1930-cu ildə rezinin alınma üsulunu işləyib. Lebedev üsulu ilə ilk dəfə olaraq 1932-ci ildə sənaye sintetik kauçuku alınıb.

14) Maykl Faradey (22.09.1791–25.08.1867). O, benzolun fiziki və bəzi kimyəvi xassələrini öyrənib, C6H6 molekul formulunu düzgün göstərib.

15) Yustur Libix (12.05.1803–18.04.1873) “benzol” adını təklif edib.

16) Kekule Fridrix Avqust (7.09.1829–13.07.1896) – alman üzvi kimyaçısı. 1865-ci ildə növbələnən ikiqat əlaqəli tsiklik quruluşu benzol üçün təklif edib.

17) Vyurs Şarl Adolf (26.09.1817–12.05.1884) – fransız kimyaçısı. 1855-ci ildə metallik natriumun alkanların hallogenli törəmələrinə təsiri ilə alkanların sintezi üsulunu kəşf edib.

18) Fittiq Rudolf (6.12.1835–19.11.1910) – alman üzvi kimyaçısı. Vyurs reaksiyasını aromatik karbohidrogenlərin sintezinə tətbiq edib.

19) Fridel Şarl (12.03.1832–20.04.1899) – fransız üzvi kimyaçısı və mineroloq. D.M.Kraft ilə birlikdə 1877-ci ildə alüminium xloridin iştirakı ilə aromatik karbohidrogenlərin alkilləşməsi və asilləşməsi üsulunu işləyib.

20) Krafts Ceyms Meyson (8.03.1839–20.06.1917) – amerika kimyaçısı. Ş.Fridel ilə birlikdə aromatik karbohidrogenlərin törəmələrinin alınma üsulunu işləyib.

21) Qustavson Qavriil Qavriiloviç (3.01.1843-26.04.1908) – rus üzvi kimyaçısı, Butlerovun assistenti. 1877-ci ildə müəyyən edib ki, Fridel-Krafts reaksiyasında katalitik alkilləşmə zamanı aralıq kompleks birləşmələr əmələ gəlir.

22) Şorlemmer Karl (30.09.1834-27.06.1892) – alman üzvi kimyaçısı. 1862-1863-cü illərdə daş kömürün və neftin qovulma məhsullarını tədqiq edib. İşin gedişində üzvi kimyanı “karbohidrogenlərin və onların törəmələrinin kimyası” kimi müəyyən edib. Bu nəticələrdən çıxış edərək üzvi birləşmələrin sistematikasını yaradıb.

23) Zaytsev Aleksandr Mixayloviç (02.07.1841-01.09.1910) – rus üzvi kimyaçısı. 1875-ci ildə qayda müəyyən edib. Bu qaydaya görə hidrogen hallogenidlərin və spirtlərdən suyun ayrılması daha az hidrogenləşmiş qonşu karbon atomunun iştirakı ilə gedir.

2019-10-14   33397