NKPI

Maraqlı Məlumatlar

Xalq şairi Ramiz Rövşənin seçilmiş əsərləri -154

Ocaq
 
Sildim gözümün nəmini…
Dəftərimi, qələmimi,
Bütün dərdimi, qəmimi,
Hirsimi atdım ocağa.
 
Atdım şerin də daşını,
Sözlə dava-dalaşımı,
Ocaq yandıqca,
yaxşımı-pisimi atdım ocağa.
 
Alovu göydə oynadı,
Şeytandı-nəydi, oynadı?!
Bu ocaq yenə doymadı,
Özümü atdım ocağa…

2019-11-08   182