NKPI

Interesting Informations

Sizin həyatınızı dəyişəcək 125 qərar -15

Kofeinli VƏ YA kofeinsizləşmiş içkilər

Kofein artıqlığı əsəb oyanıqlığı yaradır və yuxunu pozur: o, ürək döyüntüsünü sürətləndirir və hətta əsməyə səbəb olur. Amma bildiyiniz kimi heç də hamı yataqdan bir piyalə kofe və ya çay içmədən qalxa bilmir, kofein həmçinin mərkəzi sinir sistemini stimullaşdırır: kofe və ya çay (qara, yaşıl və ya ağ) sizə azca təkan və günün başlanğıcında gümrahlıq verir. Harvard alimlərinin 2011-ci ildə çap etdirdikləri tədqiqatlar göstərir ki, gündə 2-3 piyalə kofe içən qadınlar depressiyaya az məruz qalırlar.

Kofe istifadəsinə aid Böyük Britaniyada rəsmi təklif yoxdur, yalnız o fakt müstəsnadır ki, hamilə qadınlar gündə 200 mq-dan artıq kofein qəbul etməməlidirlər, ona görə ki, kofein artıqlığı uşaq salma ilə əlaqələndirilir. Yüksək qan təzyiqindən və həyacandan əziyyət çəkənlər də ondan qaçmalıdırlar. Sizə uyğun olan kofein miqdarını yalnız siz özünüz müəyyən edə bilərsiniz, amma dietoloqlar gündə 4-5 kofeinli içki içməyi təklif edirlər, həm də onların sonuncusu günortadan tez içilməməlidir.

Amma kofeinə malik içkilərin müxtəlif tündlüyünü yadınızda saxlayın. İçkilərdə kofeinin miqdarına aid xülasədə kofeinin miqdarı ən zəif çayda 1 mq-dan üyüdülmüş qəhvədəki 254 mq-a qədər dəyişir. Unutmayın ki, kola kimi içkilərdə də həmçinin şokoladda və quazanda da kofein var.

Cavab: kofeinli.

Siz bilirdinizmi ki, aşağıdakı məhsullarda hansı miqdarda kofein var?

Bir piyalə həll olan qəhvə – 100 mq

Bir piyalə dəmlənmiş qəhvə – 140 mq

Bir piyalə çay – 75 mq

Bir banka kola – 40 mq

Bir banka energetik içki – 80 mq

50 q tünd şokolad – 50 mq-a yaxın

50 q südlü şokolad – 25 mq-a yaxın

 

Mənbə: Хилли Джейнс. Латте или капучино? 125 решений которые могут изменит вашу жизнь./ Москва: Эксмо, 2015, 192 с

2019-11-08   32401