NKPI

Maraqlı Məlumatlar

Xalq şairi Ramiz Rövşənin seçilmiş əsərləri -167

Bir gör neçə ömür keçdi
 
Bir gör neçə ömür keçdi
Gecədən gündüzə kimi.
Dünya neçə yol dəyişdi
O gözdən bu gözə kimi.
 
Baxmadı göz yaşımıza,
Nəyi gəldi xoşumuza?
Günü döydü başımıza,
Qarı çıxdı dizə kimi.
 
Kimi çiçək dərdi getdi,
Kimi ürək qırdı getdi,
Neçə şair öldü – getdi
O SÖZdən bu SÖZə kimi.
 
Nəydi ki, Tanrının qəsdi?
Verdiyi quru nəfəsdi.
Hərəyə bir ömür kəsdi
Bu dünyada CƏZA kimi…

2019-11-21   32437