NKPI

Maraqlı Məlumatlar

Xərçəngə qalib gəlmiş həkim Odile Fernandesin açıqlaması: 150

Zeytun yağı və zeytun – iki ən məşhur antioksidant

Vacibdir! İspaniyada olduqca məşhur olan zeytun yağı və zeytun xərçəng xəstəliyi ilə mübarizədə çox xeyirlidir. Zeytun yağının xassələri çox yüksək qiymətləndirilir və əbəs yerə də ona “Aralıq dənizi hövzəsinin maye qızılı” demirlər.

Aralıq dənizi bölgəsinin pəhriz yeməklərini zeytun yağı ilə, digər bölgələrdə kərə, günəbaxan və ya marqarin yağları ilə hazırlayırlar. İstifadə olunan yağların növ fərqi, Aralıq dənizi mətbəxini seçənlər arasında xərçəng xəstələrinin sayının daha az olması ilə izah olunur.

Zeytun yağının tərkibində HER 2/neu onkogeninin əmələgəlmə səviyyəsini aşağı salan əvəzsiz olein – yağ turşusu (omeqa-9) var. HER 2/neu geni ilə kodlaşdırılan zülalın yüksək səviyyəsi süd vəzi xərçəngi ilə xəstələnmiş pasientlərin beşdə birində rast gəlinir. Bu gen nəinki döş xərçəngi, həm də yumurtalıq və mədə xərçəngləri zamanı da aqressiv şişlər və pis proqnozlarla əlbir olur.

Olein turşusu trastuzumabın (Herpesin ®) – HER 2/neu-ya hədəflənən və süd vəzi xərçəngli pasientlərin ömrünü uzadan monoklonal antitel preparatının effektliyini artırır. Olein turşusu həm də digər geniş istifadə olunan preparatın – paklitakselin də effektliyini gücləndirir.

Olein turşusundan başqa, zeytun yağı antioksidant-polifenollarla və E vitamini ilə də zəngindir.

 

Mənbə: Фернандес Одиле. Мои рецепты от рака. Откровения врача, победившего болезнь / Одиле Фернандес, – Москва, Эксмо, 2019, 512с. – Рак победим.

2019-11-21   32360