NKPI

Maraqlı Məlumatlar

Atalar sözü – ağlın gözü -265

Benqal atalar sözü və məsəlləri
***
Tək uşağı olmaq anaya ömürlük qorxudur.
***
Odun, azarın, borcun qoyma izi-tozu da qalsın.
***
Atın olanda qamçının fikrini çəkərsən.
***
Dəcəl uşaq ağacın başında ölüm tapar.
***
Yalan söz – pırtlaşıq saç kimidir, sahmana salmaq çətin məsələdir.
***
Ayağını iki qayığa qoyma – yıxılarsan.
***
Düyünü vermək istəməyəndə saxlayarlar bugündən sabaha.
***
Qızıl bölüşdürmək istəyəndə dəmir bıçaqdan yapışarlar.
***
Suların yaxşısı yağış suyudur, gücün yaxşısı el gücü.
***
Eyni yolla biri dümdüz gedir, o biri büdrəyir.

2019-12-02   168