NKPI

Maraqlı Məlumatlar

Xalq şairi Ramiz Rövşənin seçilmiş əsərləri -178

Əgər geri dönə bilsən
 
Əgər geri dönə bilsən,
hansı yaşa dönərsən?
Qanad çalıb illər üstən
uçan quşa dönərsən.
 
Bircə qarış sağ-salamat
yer tapmazsan qonmağa.
Dəli kimi gah o basa,
gah bu başa dönərsən.
 
Dərddən ulaya-ulaya,
qalarsan göy üzündə.
Və beləcə, ya duaya,
ya qarğışa dönərsən.
 
...Yolunu get, yola baxma,
Bu ömürdü fala baxma,
Baxma, dönüb dala baxma,
baxsan daşa dönərsən...

2019-12-02   195