NKPI

Maraqlı Məlumatlar

Albert Eynşteynin bioqrafiyasından -63

Saniyə ərzində dünyanın o biri ucunda

Kryuger döyüş tapşırığına uçurdu. Bu onun Londona ilk uçuşu deyildi, buna baxmayaraq onun əlləri əsirdi. Bir qədər əvvəllər Krallığ üzərindən uçuş o qədər də təhlükəli deyildi, indi isə hər şey kəskin surətdə dəyişmişdir. Almaniyanın hərbi gücü bir neçə il əvvəl Britaniyalıların gücündən üstün idi. Kryuger min dəfədən çox krallıq üzərindən uçmuşdu və onu nə Britaniyalı qəsbkarlar, nə də hava uçuşu əleyhinə silahları olan esmineslər qorxudmurdu: o-dahi idi, hansı ki, Britaniyada belə biri ola bilməzdi. "Nə zamansa Amerikaya da uçacam" – o, gülürdü.

Boğazda fırtına var idi. Kryuger "isti görüşə" hazırlaşırdı, bombalama üçün lyuku açdıqdan sonra, pulemyotları hazırladılar. Ətrafda heç kim yox idi, radar susurdu. Lakin qəfildən qarşıdan amerika esminesi göründü. Haradan?! Necə onu görməyə bilərdi? Kompas nə üçün dayandı?! Radar idarə olunmur! Esminesi qorxulu yaşıl tüstü bürümüşdü. Fikirləşməyə vaxt qalmamışdı, Kryuger tətiyi sıxdı. Gəmidən cavab zərbəsi gəlmədi. Təyyarə yaşılımtıl dumana tərəf uçurdu, Kryuger gözlərini yumdu. Onun, nə qədər huşsuz qaldığı məlum deyildi. Lakin huşu özünə gəldikdə, Norflak bazasında olduğunu gördü. O, dəfələrlə onun şəklini görmüşdü və alman "sürprizi" ilə onu yerlə bir etmək arzusunda idi.

"Necə oldu ki, mən buraya düşdüm?-o fikirləşirdi-dünyanın o biri ucunda?... Onun bu suallara cavabı yox idi, amma top gülləsi qanadında deşik açmış və "messerşmit" dalğaya çırpılmışdı. Fırtına yox idi, ətraf sakitlik idi.

 

Mənbə: Александр Саенко.  «Человек, который был Богом». Скандальная биография Альберта Эйнштейна

2019-12-02   187