NKPI

Maraqlı Məlumatlar

Sizin həyatınızı dəyişəcək 125 qərar -38

Həmkarlarla görüşmək YA sərbəst işləmək?

Ofis həyatında elektron poçt qədər vaxt aparan ikinci bir aspekt varsa, bu da iclaslardır. Bəzən onlara günün çox hissəsini ayırmalı oluruq, işə isə az vaxt qalır və bu da həyəcana və qanqaraçılığa səbəb olur. İki başın bir başdan üstün olduğunu hər zaman deyə bilərikmi?

“Beyin hücumları” ilə bağlı bir neçə maraqlı tədqiqatların nəticələri göstərir ki, sərbəst işləyən adamlar qrup halında işləyənlərə nisbətən daha səmərəli təkliflər irəli sürürlər. Hesab olunur ki, bu “şahid effektinə” görə baş verir: qrupda işləyən əməkdaşlar nəticə haqda daha az düşünürlər, sərbəst işləyən insan isə nəticəyə tək özü cavabdeh olduğunu bilir. Psixologiya üzrə nəşrlərin müəllifi Oliver Berkman “Help! How to Become Slightly Happier and Get a Bit More Done” kitabında deyir: “İclasları işləməyi xoşlamayanlar sevir”.

Əgər iclas iştirakçılara irəliləyişlərdən xəbər vermək üçün təşkil olunubsa, onu elektron poçt və ya telefonla etmək daha effektiv olmazmı? Amma iclasın bəzi müsbət cəhətləri də vardır. Düzgün təşkil olunmuş iclas çox səmərəli ola bilər. Bir çox insanların internet və ya telefonla əlaqə saxladığı bir vaxtda insanlarla üz-üzə görüşmək bizə komandanın bir hissəsi olduğumuzu unutmağa qoymur.

Cavab: sərbəst işləmək

Bilirsinizmi?

... Əgər iclasa getmək məcburiyyətindəsinizsə və təsir gücünüzü artırmaq istəyirsinizsə, mərkəzdə əyləşərək “diqqət fokusu” effektindən istifadə edin. Bu yerdə, adətən, qrupun önəmli adamları oturur (toy şəkillərini yada salın). Qıraqlarda oturanlar, adətən müşahidəçilərdir.

 

Mənbə: Хилли Джейнс. Латте или капучино? 125 решений которые могут изменит вашу жизнь./ Москва: Эксмо, 2015, 192 с.

2019-12-02   197