NKPI

Maraqlı Məlumatlar

Robin Şarm. Sizin potensialınızı açmaq üçün 100+1 ideya – 1

Özündən ən yaxşı ol

Uorren Baffel deyib: “Sənin özündən yaxşı səndən yaxşısı yoxdur”. Gözəl insanın əla müşahidəsi. Sizdən yaxşı sizin özünüz qədər heç kim olmaz. Kimsə sizin düşünmə tərzinizi, hərəkətinizi və manevranızı təkrar edə bilər, amma onlar nə qədər çalışsalar da bundan yalnız ikinci dərəcəli siz çıxarsınız. Çünki siz unikalsınız. Bu anda milyardlarla bizlərin arasında siz yeganə nüsxəsiniz. Dayanmaq və düşünməyə məcbur edir, eləmi? Dərk etməyə məcbur edir ki, siz xüsusi insansınız. Yox, tamamilə təkrarsız! Və heç kim sizinlə rəqabət apara bilməz.

Beləliklə, siz bu gün əvvəlki vaxtların hamısından çox yüksək nəticələr üçün risk etməyə hazır olan insanlara ehtiyacı olan dünyaya çıxırsınız. Siz nə edəcəksiniz? Öz gizli potensialınızın bir hissəsini istifadə edəcəksinizmi? Öz təbii yaradıcılıq başlanğıcınızın bir hissəsini azad edəcəksinizmi? Öz həqiqi imkanlarınızı açacaqsınızmı? Olacağınız təyinatdan az da olsa çox olacaqsınızmı? Sadəcə maraqlıdır. Çünki bu gün ən əlverişli gündür ki, özünüzdən yaxşı olasınız. İndi yoxsa, nə vaxt? Bu, mənə nə vaxtsa Herodotun dediyini xatırladır: “Sonradan necəsə zərər görməmək üçün əvvəlcədən qorxmaqdansa hər şeyə cəsarət edib və təhlükənin yarısını yoxlamaq yaxşıdır”.

Gözəl deyilib.

Bu gün – özündən yaxşı olmağın ən əlverişli vaxtıdır.

 

Mənbə: Робин Шарм. 100+1 идея для раскрытия вашего потенциала.

От монаха, который продал свой “Феррари”. Москва: Издательство АСТ, 2019, 224с.

2019-12-02   213