NKPI

Maraqlı Məlumatlar

Atalar sözü – ağlın gözü -270

Benqal atalar sözü və məsəlləri
***
Aqil adam yolunu azsa, doğma atasını da saymaz.
***
Arvadını, mal-qaranı və düyünü öz yanında saxla.
***
Xəsisin yuxusu gəlməz.
***
Südlü inəyin təpiyinə də dözmək olar.
***
Düz sözdən dost da üz çevirər.
***
Hiyləgər hiyləgəri aldadar, doğma atasına da deməz.
***
Pis oğul çox olar, pis ana – olmaz.
***
Zərgər taq-taq taqqıldadar, dəmirçi bir dəfə vurar.
***
Kimin duzunu yeyərəm – onu da tərifləyərəm.
***
Özgə adam heç vaxt özününkü olmaz.

2019-12-07   32258