NKPI

Maraqlı Məlumatlar

Kimyadan maraqlı məsələlər (həlli ilə) - 34

Məsələ: Sarı basit A maddəsini havada yandırdıqda kəskin iyli B qazı əmələ gəlir. B qazı həmçinin C mineralını havada yandırdıqda da alınır. C ilə eyni keyfiyyət tərkibinə malik Ç maddəsinə xlorid turşusu ilə təsir etdikdə lax yumurta iyi verən D qazı ayrılır. Son reaksiya nəticəsində alınan məhlulu qırmızı qan duzunun məhlulu ilə qarışdırdıqda tünd göy E çöküntüsü əmələ gəlir ki, o da müxtəlif oksidləşmə dərəcəsinə malik dəmir atomlarına malik olur. B və D qazları qarışığını sudan buraxdıqda A maddəsi çökür.

1) A – E maddələrinin formullarını yazın.

2) Gedən rekasiyaların tənliklərini yazın.

Cavab:

1) Şifrələnmiş birləşmələrin xassələrinin təsviri bir mənalı göstərir ki, kükürdün çevrilməsi təsvir olunub. A – S.

Onda B qazı kəskin iyli kükürd dioksiddir SO2.

Kükürd və sulfid flizləri yandırıldıqda kükürd dioksid əmələ gəlir.

Deməli, C və Ç (eyni keyfiyət tərkibinə malikdir) sulfidlərdir ki, turşu ilə işlədikdə hidrogen sulfid (H2S) ayrılması ilə təsdiq olunur.

D – H2S.

Qırmızı qan duru Fe+2 ionu ilə göy çöküntü əmələ gətirir.

Uyğun olaraq Ç – dəmir (II) sulfid Fes, E – dəmir (II) heksasianoferratdır Fe3 [Fe (CN)6]2 və ya kalium − dəmir (II) heksasianoferratdır KFe [Fe(CN)6].

Dəmirin daha geniş yayılmış sulfid mineralı (C) dəmir kolçedandır (pirit) FeS2.

2) Məsələdə aşağıdakı çevrilmələr təsvir olunub:

S + O2 = SO2↑;

4FeS2 + 11O2 = 2Fe2O3 + 8SO2↑;

FeS + 2HCl = FeCl2 + H2S↑;

3FeCl2 + 2K3 [Fe(CN)6] = Fe3 [Fe(CN)6]2↓ + 6KCl.

və ya

FeCl2 + K3[Fe(CN)6] = KFe[Fe(CN)6]↓ + 2KCl;

SO2 + 2H2S = 3S↓ + 2H2O.

Hesab edilir ki, əgər sarı və qırmızı qan duzlarının suda məhlullarına uyğun olaraq Fe(III) məhlulları əlavə olunsa, onda göy rəngli çöküntü ayrılır. Bu çöküntüdə kompleksi xarici və daxili sferasında müxtəlif oksidləşmə dərəcəsinə malik dəmir atomları var:

[Fe (CN)6]4− + Fe3+ = FeIII [FeII (CN)6];

[Fe (CN)6]3− + Fe2+ = FeII [FeIII (CN)6];

Lakin sonra əmələ gələn anionlar arasında oksidləşmə − reduksiya tarazlığı yaranır və berlin abısı və trumbul göyü zaman keçdikdə identik olur:

FeIII [FeII (CN)6] ⇆ FeII [FeIII (CN)6]

 

2019-12-07   32627