NKPI

Maraqlı Məlumatlar

Sizin həyatınızı dəyişəcək 125 qərar -44

Çay və kofeni tək özünüz üçün VƏ YA hamı üçün hazırlamalı?

Əgər siz həmişə hamıya çay və kofe təklif edən şən insanlardansınızsa, onda ardı-arası kəsilməyən minnətdarlıqları gözləməyin. Psixoloji təcrübələr göstərir ki, xırda yaxşılıqları daha çox tanış olmayan adamlar dəyərləndirir və artıqlaması ilə əvəzini çıxırlar. Gizli motivə şübhə varsa, onda xidmət çox da yaxşı qarşılanmır. Əlbəttə, vaxtaşırı həmkarlarınız üçün çay və ya kofe hazırlamaq nəzakət göstəricisidir, amma bunu daim edirsinizsə və qarşılığını görmədikdə inciyirsinizsə, onda bəlkə sizin əsas məqsədiniz minnətdarlıq almaq istəyidir?

Cavab: tək özünüz üçün.

 

Mənbə: Хилли Джейнс. Латте или капучино? 125 решений которые могут изменит вашу жизнь./ Москва: Эксмо, 2015, 192 с.

2019-12-09   32318