NKPI

Maraqlı Məlumatlar

DƏRMAN BİTKİLƏRİ QARIŞIĞINDAN DƏRMAN RESEPTLƏRİ

 

Boğaz və qırtlaq xəstəlikləri.

Resept 1.

15qram - dərman çobanyastığı

15 qram - dərman adaçayı (şalfey)

20 qram - ovsun otu

Xırdalanmış otlar qarışdırılır. Bir stəkan qaynar suya bir çay qaşığı qarışıq əlavə olunur . Laringit olduqda hazırlanmış maye ilə boğaz gündə bir neçə dəfə yaxalanır.

 

Ürək nevrozları və ürək zəifliyi

Resept 1.

15 qram - Pişik otu kökü

15 qram - Badrənc yarpaqları

50 qram - Boymadərən otu

Xırdalanmış xammal yaxşı qarışdırılır. Qarışıqdan 2 çay qaşığı götürülərək, bir stəkan suya əlavə olunaraq, soyuq şəraitdə 3 saat saxlanılır, bişirilir və soyuq halda süzülür. Yuxusuzluqla müşayiət olunan ürək döyüntüsü zamanı gün ərzində bir neçə dəfəyə qəbul olunur.

Resept 2.

10 qram - Pişik otu kökü

10 qram - Badrənc yarpaqları

10 qram - Boymadərən otu

20 qram - Adi cirə kökü

Qarışıqdan 1 yemək qaşığı götürülərək, bir stəkan qaynar suya əlavə olunur. Gün ərzində 2-3 dəfəyə içilir.

 

Ateroskleroz, hipertoniya xəstəliyi

 

Resept 1.  

5 qram - Öküzgözü çiçəyi

25 qram - Boymadərən otu

20 qram - Qaxotu

Bir yemək qaşığı qarışıq bir stəkan soyuq suda 3 saat saxlanılır, 5 dəqiqə qaynadılır, 15 dəqiqə saxlanılır və gün ərzində içilir.

Resept 2.

20 qram - Qaxotu

3 qram - Aptek çobanyastığı

Su həlimi gün ərzində istifadə olunur.

 

Mədə xəstəlikləri.

Resept 1.

Təzə kartof şirəsi.

Gündə iki dəfə, yeməkdən 30 dəqiqə əvvəl, hər dəfə yarım stəkan içilir. Payızda xoraların profilaktikası üçün istifadə olunur.

Resept 2.

Təzə kələm şirəsi.

Yeməkdən 30-45 dəqiqə əvvəl, hər dəfə bir stəkan içilir.

Mədə xorasının müalicəsində istifadə olunur.

 

Yuxusuzluq.

Resept 1.

20 qram - Süpürgəkolu otu

20 qram - Badrənc yarpaqları

60 qram - Pişikotu kökü

Bir stəkan qaynar su üzərinə bir yemək qaşığı qarışıq əlavə olunaraq, hər axşam 1-2 stəkan içilir.

Yuxusuzluğa qarşı istifadə olunur.

Resept 2.

50 qram - Mayaotu qozaları

50 qram - Pişik otu kökü

Cövhərin hazırlanması üçün qarışıq üzərinə bir stəkan qaynar su əlavə olunaraq, yatmazdan əvvəl 1-2 stəkan içilir.

Yuxusuzluğa qarşı istifadə olunur.

2015-10-10   37703