NKPI

Maraqlı Məlumatlar

Bitkilər – Xalq Təbabətində – 81

Göz xəstəliklərində işlədilən bitkilər – I

- Göz ağrısı temperaturla olarsa gülabdan, yumurta ağından, soyuqdan olarsa müşkdən, gözdən su axarsa sürmədən, quru olarsa ana südü, heyva dənəsinin şirəsi və badam içindən istifadə edirlər.

- Sarı zanbağın yağını gözə kompres kimi qoymaq göz şişinə kömək edir.

- Şibyəni çöl hissədən göz pərdəsinə sürtmək göz iltihabına qarşı yaxşı dərmandır, onu gözün özünə çəkmək göz qızartısını aradan qaldırır.

- Yumurta ağını gülab ilə gözə çəkmək şişi müalicə edir.

- Ənlik-kirşanı sirkə və gül yağı ilə qarışdırıb göz pərdəsinin çöl hissəsini yağlamaq iltihabı aradan qaldırır.

- Sumağı gülabda qaynadıb gözə damcılatmaq göz iltihabının başlanğıcı üçün xeyirlidir.

- Saqqız ağacını yandırıb onun hisini gözə çəkmək ağrını kəsir və göz sulanmasının qarşısını alır.

- Ana südü göz ağrısını sakitləşdirir.

 

Mənbə: Əliyar İbrahimov, Fatmaxanım Nəbiyeva “Bitkilər – xalq təbabətində”. Bakı, “Elm” 2020, 202 s.

2021-02-22   187