NKPI

Interesting Informations

Kimyadan testlər - 269

Kimyəvi reaksiyaların təsnifatı. İstilik effekti

1) Kimyəvi tarazlığın yerini hansı faktorlar dəyişə bilər?

I) ilkin maddələrin əlavə olunması; II) qızdırılma;

III) reaksiya məhsullarının əlavə olunması; IV) soyutma.

a) I, II; b) II, III; c) I, II, III, IV; ç) III, IV; d) I, II.

2) Ammoniakın azot və hidrogendən sintezi reaksiyasının tarazlığını hansı təsirlər sağa doğru dəyişir?

I) katalizatorun əlavə olunması;

II) təzyiqin artırılması;

III) temperaturun artırılması;

IV) tarazlıqda olan qarışıqdan ammoniakın çıxarılması.

a) III, IV; b) II, IV; c) I, IV; ç) I, III; d) II, III.

3) Kimyəvi reaksiyanın sürətinə hansı faktorlar təsir edir?

I) reaksiyaya girən maddələrin təbiəti;       II) temperatur;

III) ilkin maddələrin qatılığı;                     IV) katalizator iştirakı.

a) I, II; b) II, III; c)  III, IV; ç) I, II, III, IV; d) I, IV.

4) Hansı reaksiyalar oksidləşmə-reduksiya reaksiyalarıdır?

I) Cu+HNO3 →                      II) AgNO3+HCl →

III) Fe+CuSO4 →                  IV) NaBr+Cl2

a) I, III, IV; b) I, II; c) II, IV; ç) II, III; d) II.

2021-02-23   32421