NKPI

Maraqlı Məlumatlar

Rubidium: faktlar və kiçik faktlar - 2

II Məlumat

Həkimlər ürəyi rubidium ilə necə müalicə ediblər?

Belə cəhdlər az olub. Birinci cəhd bu element kəşf olunduqdan dərhal sonra baş verib və bəzi əhatəli məlumatı S.S. Botkinin 1888-ci ilində imperator hərbi-tibbi akademiyasında müdafiə etdiyi dissertasiyada tapmaq olar. Rubidium və sezium şübhəsiz ki, kalium və natriumun analoqlarıdırlar. Lakin orqanizmdə hər iki son element özünü müxtəlif cür aparırlar, çox vaxt əks fəaliyyət göstərərək. Qələvi metallar ailəsinin yeni üzlərini kimə əlaqələndirməli? Məsələn, kaliumu götürək. Əgər o, qida ilə orqanizmə daxil olursa və qida həzmi traktı ilə qana sorulursa, onda zərərsiz yox, həyati əhəmiyyətli element olur. Əgər kalium sürətlə qan damarına daxil edilsə, onda o, öldürücü zəhər olar. Natrium ilə bu, baş vermir. Qan damarına düşən rubidium özünü necə aparır? İtlər üzərində silsilə təcrübələrlə Botkin əmin olub ki, rubidium kaliuma natriuma olduğundan daha yaxındır: qana düşdükdə o, tezliklə qan təzyiqini artırır, nəbz tezliyini azaldır və it ölür. Doğrudur, rubidiumun öldürücü dozası kaliumun öldürücü dozasından iki dəfə çoxdur. Amma onlarda mexanizm oxşardır – hər iki element təkcə ürəyə yox, damarları daraldaraq bütün qan dövranı sisteminə təsir edir.

O vaxt kalium ürək çatışmazlığını müalicə etmək üçün istifadə edildiyindən itlər üzərində təcrübələrdən sonra Botkin rubidiumu insanlar üzərində yoxlamaq qərarını qəbul edir. Məsələn, 10 gün rubidium xloridi qida ilə qəbul etmək 43 yaşlı tibb bacısını təngənəfəslikdən və boğulmaqdan tam sağaldıb (bir neçə il bu qadın pilləkənləri qalxa bilmirdi). Lakin bir həfdə sonra onun bədəni irinli yaralarla örtüldü və qızıl yel iltihabından ölür. Burada rubidium ilə əlaqə olması məlum deyil. Analoji simptomları olan digər pasient, 50 yaşlı paltar yuyanın kasıblar üçün xəstəxanada müalicəsi daha uğurlu olub. Rubidium xlorid əhvali ruhiyəni açıq-aydın yaxşılaşdırıb, şişkinliklər və təngənəfəsliklər yox olub, amma dərman qəbulu dayandırıldıqdan sonra simptomların hamısı yenidən bərpa olub. Nəticədə Botkin rubidium ilə müalicəni təklif etməyib: kalium ilə müqaisədə bu bahadır və lazım deyil.

Sonrakı tədqiqatlar göstərdi ki, həqiqətən də rubidium orqanizmdə kaliumun tam analoqudur və hətta bədənə xüsusi zərər vermədən kaliumu əvəz edə bilər, əgər qidada kalium yoxdursa.

 

Mənbə: Химия и жизнь. 2020, №9.

2021-02-23   32453