Maraqlı Məlumatlar
Bitkilər – Xalq Təbabətində – 82
Göz xəstəliklərində işlədilən bitkilər – II
- Mərcini su, gül yağı və zəncəfil yağı ilə qarışdırıb məlhəm kimi gözə qoymaq istiliklə müşayiət olunan şişməyə qarşı yaxşı vasitədir.
- Aloe yemək göz iltihabı üçün faydalıdır.
- Tabaşiri narın toz halında gül yağı ilə qarışdırıb və gözə plastır şəklində qoymaq temperaturlu iltihab və göz çirki üçün münasib dərmandır.
- Yumurtanı qaynadıb onun sarısını çıxartmaq, ona zəfəran və gül yağı qarışdırıb gözə plastır kimi qoymaq, güclü göz döyünməsinin qarşısını alır.
- Toyuq bərk qabıqsız yumurtlayan zaman onun pərdəsini tünd sirkədə qaynatmaq və on gündən sonra onu tam yumuşaq şəklidə gözə çəkmək göz sulanmasına qarşı yaxşı vasitədir.
- Zirənin şirəsini gözə çəkmək göz çirkinin və qan axmasının qarşısını alır.
- Turş narın şirəsini gözə çəkmək göz çirkini təmizləyir.
Mənbə: Əliyar İbrahimov, Fatmaxanım Nəbiyeva “Bitkilər – xalq təbabətində”. Bakı, “Elm” 2020, 202 s.
2021-02-23
213
Ətraflı

Son Xəbərlər
“Uğurlu insan olmaq yolu” kitabı çapdan çıxıb
AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Məhərrəm oğlu Abbasovun, filologiya elmləri üzrə fəlsəfə
2021-02-22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın
2021-02-20
“Kataliz lüğəti” adlı kataliz üzrə azərbaycan-rus terminoloji lüğəti çapdan çıxıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları – k.e.d., professor Keykavus Əcəmov, k.ü.f.d., dosent Elvira Hüseynova və k.ü.f.d.
2021-02-19