NKPI

Maraqlı Məlumatlar

Kimyadan testlər - 347

Doymuş karbohidrogenlər

1) Tərkibində C, H, Cl olan maddəni yandırdıqda 13,2q CO2 və 6,3q H2O alınır. bu maddədə xloru təyin etdikdə isə 14,35q AgCl alınır. Maddənin buxarlarının havaya görə sıxlığı 2,707-dir. Maddənin formulu aşağıdakılardan hansıdır?

a) C2H5Cl, b) C3H7Cl, c) C3H6Cl2, ç) C2H4Cl2, d) C4H9Cl.

2) Kütləcə 92% metan, 5,3% etan və yanmayan qarışıqlardan ibarət təbii qazın 1m3-də neçə qram karbon vardır?

a) 693,2, b) 639,2, c) 549,2, ç) 594,2, d) 1000.

3) Bürs reaksiyasının mexanizmi aydınlaşdırıldıqdan sonra məlum oldu ki, əgər tək və cüt karbon atomuna malik olan iki alkilhallogenidin qarışığına metallarla təsir edilsə, onda reaksiya məhsullarından biri 50% çıxımla (tək sayda karbon atomu olan) alınır. Onda aşağıdakı reaksiya tənliyi üzrə alınan məhsullardan hansı 50% çıxımla alınar?

C2H5J + 2Na + JC3H7

a) C2H5 – C2H5               b) C2H5 – C3H7       

c) C3H7 – C3H7                     ç) C3H7 – CH3

d) C2H5 – CH3  

4) Hansı formullar doymuş karbohidrogenlər üçün doğrudur?

I. C8H16; C7H17                                        II. C4H6; C3H8

III. C13H28; C5H12                    IV. C7H14; C6H14

V. C20H42; C9H20

a) I, V,  b) II, I, c) III, V, ç) V, d) I, II, V.

2021-05-12   32264