NKPI

Maraqlı Məlumatlar

Xalq təbabəti - Ayaqlar yorulduqda kömək edən vasitələr

 

1) Əgər uzun müddətli gəzintidən sonra ayaqlar yorulursa, onları spirt ilə ovuşdurduqda əla kömək edir.

2) Uzun müddət ayaq üstə qalmaq və ya uzun müddət gəzmək səbəbindən ayaqlar yorulduqda ayaqları 10 dəqiqə çox isti suya salmaq lazımdır. Ona bir ovuc dəniz duzu və ya ingilis duzu əlavə edin. Prosedurdan sonra elə uzanmaq lazımdır ki, ayaqlar başdan hündürdə dursun. Bu, ayaqlara və bütün orqanizmə yaxşı dincəlmək imkanı verir.

3) Axşam isti vanna (38-39ºC temperaturda su ilə) qəbul edin. Suya toz ağacı yarpağı, çobanyastığı, nanə cövhəri əlavə edin (otlardan bərabər miqdarda götürülməklə hazırlanmış qarışıqdan 4 yemək qaşığı götürün; üzərinə 3 litr qaynar su tökərək 40-45 dəqiqə saxlayın, sonra süzün). Dəri şişdikdə kobudlaşan yerlərə pemza sürtün.

4) Ayaq üçün kontrastlı prosedurlar. Kəbilə əyləşin və yaxınlığa iki vedra qoyun: bir vedrada isti su, digərində soyuq su olsun. Ayaqlarınızı 2 dəqiqə isti suda saxlayın, sonra 5 dəqiqə soyuq suda. Proseduru 5-6 dəfə təkrar edin və soyuq su ilə qurtarın.

 

Mənbə: Полная энциклопедия народной медицины. Том 2. Москва 1998, ОЛМА ПРЕСС, 800 с.

2016-10-24   36989