NKPI

Maraqlı Məlumatlar

Çox sözlülükdən qaçın – dəqiq və lakonik olun

 

Yaxşı yazıçılar bilirlər ki, öz fikirlərini az miqdarda sözlərlə ifadə etmək nə qədər əhəmiyyətlidir. Onlar çalışırlar ki, dəqiq, aydın (anlaşıqlı) yazsınlar, jarqonizmdən və çoxsözçülükdən qaçırlar. Xüsusi cəhd etmək lazımdır ki, sənəddə olduqca böyük miqdarda sözlər olan cümlələr olmasın. Siz öz fikrinizi nə qədər az sözlərlə ifadə etsəniz sənəd bir o qədər yaxşı olar.

Aşağıda qısa ifadə oluna bilən frazaların siyahisi verilir:

 

Daha gec müddətdə – gec

Buna baxmayaraq – baxmayaraq

Bir sıra hallarda – tez-tez

Yaxın gələcəkdə – tezliklə

Bütün zamanlarda – həmişə

 

Yazarkən “danışıq” tipində yazın. Gözlər üçün yox, qulaqlar üçün yazın.

Hər bir oxucunun xüsusiliyini nəzərə alın. Maksimum aydın və başa düşülən formada yazmağa cəhd edin.

Mətndən artıq sözləri çıxardın. Əmin olun ki, oxucu ilə paylaşmaq istədiyiniz bütün məlumatları ifadə etmisiniz.

Əvvəldən axıra qədər konstruktiv və pozitiv tonu saxlayın. Hətta pis fikirləri ifadə etdikdə də onları pozitiv tonda ifadə etməyə çalışın. Qrammatikaya, cümlələrin quruluşuna və orfoqrafiyaya diqqət edin. Qrammatik dəqiqlik yazanın peşəkarlığını göstərir. 

2015-10-21   38038