NKPI

Интересные Факты

Vaqif Abbasovun aforizmləri və məsləhətləri 16-ci hissə

***

Sənətinə xəyanət edib saxta iş görmə.

***

Yadda saxla ki, həyatda hər an gözlənilməz hadisələr ola bilər, insan buna hazır olmadıqda onlardan çıxış yolu tapmaq çətin olur.

***

Qadın könlü büllur kimidir, sındırsan bitişdirilməsi mümkün deyil, çox təəssüf ki, həm də onu yenidən əridib əvvəlki halına qaytarmaq yolu da yoxdur.

***

Elə et ki, tez-tez üzr istəməli olmayasan.

***

Tanımadığın su gölünün yanında olanda, hətta içmək istəyin səni məcbur etsə də dərhal o sudan içmə. Əvvəlcə onun üzərinə tüpür. Tüpürcək tez dağılsa, çəkinmədən o sudan iç, əks halda onu zəhər bilib içmə.

***

Qonaq dəvət ediləndə “hə”deməyə tələsmə. Dəvət edən üç dəfə dəvəti təkrar etsə, həqiqətən qonaq dəvət etmək istəyinə inan.

***

Ev sahibindən əvvəl masa üzərindəki yeməkləri yeməyə başlamaq ədəbsizlikdir.

***

Qonaq olarkən tam doyana qədər yeməyin, əks halda arzulamadığınız vəziyyətə düşə bilərsiniz.

***

Beyini səliqəsiz əşyalar ambarı kimi biliklərlə dolu olan insan lazım olan anda bildiklərini istifadə edə bilmir.

***

Bildiklərini ifadə etmək qabiliyyəti çox önəmlidir, hətta daha çox bilməkdən də.

2017-01-11   35489