NKPI

Maraqlı Məlumatlar

Bəşəriyyətin ibrətli hekayələri: Sufi ənənəsi. Mükəmməl Usta

Hansısa adam qərara alır ki, mükəmməl Ustanı axtaracaq. O, çoxlu kitablar oxuyur, çoxlu müdriklərin yanına gedir, qulaq asır, müzakirə edir və praktika keçir. Amma, o, həmişə şübhələnən və inamsız qalır. İyirmi il sonra o, elə bir adama rast gəlir ki, onun hər sözü və hər bir hərəkəti tam reallaşmış insanın obrazına tam uyğun gəlirdi. Səyyah zamanı itirmək istəmir. O, həmin adama deyir: Sən mənə mükəmməl usta kimi görünürsən. Əgər sən beləsənsə, mənim səyahətim burda sona çatdı.

         Usta deyir: Həqiqətən məni belə adlandırırlar.

- Bu halda xahiş edirəm ki, məni özünə şagird götürəsən.

Usta deyir: “Mən bunu edə bilmərəm. Çünki, sən mükəmməl Usta tələb etdiyin vaxt, o da öz növbəsində yalnız mükəmməl şagird tələb edir.

 

Mənbə: Притчи человечества / сост. В.В.Лавский Изд. 2-с, Ростов н/Д: феникс, 2011, 576 с.

2017-01-12   172