NKPI

Maraqlı Məlumatlar

Bəşəriyyətin ibrətli hekayələri: Molla Nəsrəddinin hekayələri. Mollanın müdrikliyi

Bir dəfə Molla Nəsrəddin ilə özünü müdrik adlandıran  dərviş arasında mübahisə yaranır. Molla ona bir neçə sual verir, amma, dərviş heç birinə cavab verə bilmir. Nəhayət dərviş inciyir və deyir: Mən sənə elə suallar verə bilərəm ki, hətta sənin baban da cavab verə bilməz.

Molla cavab verir: Dünyada elə şey yoxdur ki, mən onu bilməyəm.

Dərviş soruşur:

Bilirsənmi, yerin mərkəzi hardadır?

Molla öz çubuğunu yerə batırır və deyir:

– Burada!

Dərviş qışqırır – Sübut et!

– Əgər inanmırsansa, hesablama apara bilərsən.

Dərviş ikinci sualı verir:

Səmada nə qədər ulduz var?

– Mənim eşşəyimdə olan tüklərin sayı qədər.

– Sübut haradadır?

Molla cavab verir: İnanmırsan, gəl və say. Dərviş soruşur: Mənim saqqalımda nə qədər tük var?

– Mənim eşşəyimin quyruğunda olan qədər.

Dərviş qəzəblənir:

– Sən yalan danışırsan!

Molla sakit cavab verir:

Mən yalan danışmıram. Bu sənin saqqalın, bu da mənim eşşəyimin quyruğu saqqalından və mənim eşşəyimin quyruğundan tükləri bir-bir çək, əgər say düz gəlməsə, onda irad tut.

 

Mənbə: Притчи человечества / сост. В.В.Лавский Изд. 2-с, Ростов н/Д: феникс, 2011, 576 с.

2017-01-12   192