NKPI

Maraqlı Məlumatlar

Peps və Fips - Vaqnerə opera yazmaqda kömək edən itlər

Dahi Rixard Vaqner bütün həyatı boyu it saxlayırdı, onlardan ikisi hətta işdə ona kömək etmişdi. Ləqəbi Peps olan it onun “tüklü” ilham mənbəyi idi. Vaqner pianinoda akkordları yığırdı və bəyənildiyini görmək üçün kiçik kətildə oturan Pepsə baxırdı. Bəstəkar görür ki, bu və ya digər musiqi fraqmentlərinə müxtəlif formada yanaşır. Beləliklə, onda o vaxt üçün novator ideyası yaranır – öz operalarında melodiyaları müəyyən personajlara, səhnələrə və əhvali-ruhiyyəyə uyğunlaşdırmaq.

Dörd ayaqlı köməkçisinin iştirakı ilə mayestro özünün ən gözəl, dörd operadan ibarət, “Nibelunqlar həlqəsi” siklini yazır. Amma, bu əsəri başa çatdırana qədər Peps xəstələnir və ölür. Bəstəkar çox kədərlənir, amma, tezliklə Fips ləqəbli yeni köpək əldə edir. Bir dəfə o, iti parkda gəzintiyə çıxarır. Fips torpağı iyləyir, qurumuş yarpaqları eşələyir. Birdən Vaqner Fipsin addımlarında ritmik melodiya eşidir, o, bunu öz əsərində istifadə etmək istəyir, “Ziqfrid” operasında baş qəhrəmanın meşədə gəzintisini müşayət edən musiqi it ayaqlarının yerə düşmüş, yarpaqları eşələməsi ilə səsləyir.

 

Mənbə: Столл С. 100 собак. Которые изменили цивилизацию: Самые знаменитые в истории собаки / Сэм Столл: перевод с анг. П.Любимова. – М: АСТ: Астрель, 2009. – 224с.

2017-01-12   212