NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasovun aforizmləri və məsləhətləri 17-ci hissə

***

Yalnız peşə üzrə biliklərə malik olmaq yaxşı həyat üçün yetərli deyil, çünki yaşamaq təkcə işləmək deyil.

 

***

Musiqini sevməyən insan incə qəlbli və xeyirxah ola bilməz.

 

***

Azərbaycanlı olub muğamatı sevməmək azərbaycanlı olmamaq deməkdir.

 

***

Muğamatın sözlə ifadəsi insan ruhunun ən ali qidasıdır. Bu qidanı dadmayan insanların cismi ruhsuzdur.

 

***

Atatürkün “Sənətçinin əli öpülər, sənətçi əl öpməz” ifadəsi hər bir sənətçi üçün nəzərə alınmalı ifadədir.

 

***

Sənətə dəyər verilməyən yerdə sənətkarın sənətini ifa etməsi ən azı özünə hörmətsizlikdir.

 

***

Yaltaqlıq kişi üçün kişilik məziyyətlərindən imtina deməkdir.

 

***

Yaltaqların şərəfi olmur.

 

***

Yaltaqlıqda qazanılan nə varsa şərəfsizliyin sübutudur.

 

***

Başqasının vəzifəsinə göz dikən öz vəzifəsini də itirə bilər.

2017-01-12   35464