NKPI

Maraqlı Məlumatlar

Sədi Şirazının ibrətli fikirləri 3-cü hissə

Səxavətin gücü

Bir dəfə keçirdim yol qırağından,

Bir qoyun aparır gördüm bir cavan.

Dedim: öz xoşuyla qoyun yol getmir,

Arxasınca çəkir onu bu kəndir.

Ansızın gənc oğlan qoyunu açdı,

Qoyun yenə onun dalınca qaçdı.

Qoyunu günlərcə bəsləmişdi gənc,

Sevib məhəbbətlə səsləmişdi gənc.

Yanında keçmişdi körpəlik çağı,

Sanırdı qoynunu ana qucağı.

Gənc dedi: bu kəndir çəkməyir onu,

Verdiyim yemlərdir əyən boynunu.

Filə yaxşı baxsa əgər bir filban,

Fil hücum eyləməz ona heç zaman.

Körpəyə yal versən, tanıyar səni,

Kərəmlə basarsan güclü düşməni.

İki gün yem versən şir aram olar,

Üstünə atılmaz, sənə ram olar.

2017-01-12   247