NKPI

Maraqlı Məlumatlar

Çapay Sultanovun “Tarixi təhqiqatlar” kitabından qeydlər. Rusiyanın əksinə və ondan yan keçərək

Öz müsahibələrinin birində Prezident H.Əliyev demişdi ki, o, müxtəlif ölkələrin 68 prezidentləri ilə 468 görüş keçirmişdi: ABŞ-ın Prezidenti və dövlət katibi ilə 18, Fransanın Prezidenti ilə – 16, Rusiyanın Prezidenti ilə – 28, Türkiyənin rəhbərliyi ilə – 78 dəfə görüşüb.

Və bütün bu görüşlərdə Əliyev qeyd etdiyi kimi o, Qarabağ problemini qaldırıb və öz gələcək neft strategiyasını zondlamışdı.

Müqayisə üçün: hakimiyyətdə olarkən Mütəllibov yalnız 2 dəfə xaricə gedib, Elçibəy isə daha az bir dəfə Türkiyəyə səfər edib. Belə alınır ki, nə Azərbaycan dünyaya lazım deyildi, nə də dünya Azərbaycana.

H.Əliyevin bu fəaliyyəti haqqında onu yaxından tanıyan və Əliyevin ABŞ ilə ciddi danışıqlarının hamısında iştirak etmiş Hafiz Paşayev belə danışır: “Ümumdünya geosiyasi şahmat taxtası üzərində tanınmış qrosmeyster adı ilə Heydər Əliyev bəşəriyyət tarixində qalacaq. O, ustalıqla siyasi partiyanı həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda, bizim azadlığımızın müdafiəsi və möhkəmləndirilməsində həll edici rol oynadı.

Bu planda bu siyasi xadimin Azərbaycan xalqı və dövlət qüvvələri qarşısındakı xidmətləri ölçüyə gəlməzdir”. Qısa, tutumlu və dəqiq deyilib!

Hafiz Paşayev H.Əliyevin “Əsrin müqaviləsi” imzalanarkən fəaliyyətini təsadüfən şahmat prizmasından qiymətləndirməyib. Əla şahmatçı kimi o, başa düşürdü ki, məhz şahmat oyununun mürəkkəbliyi və çoxvariantlılığı ilə Azərbaycanın tarixində ən böyük neft müqaviləsinin bağlanması ilə əlaqədar olan çoxsaylı problemləri həll etmək olar.

Demək lazımdır ki, “Əsrin müqaviləsi”ni bağlamaq üçün siyasi və iqtisadi vəziyyət olduqca əlverişsiz idi – neftin bir bareli 16 dollar idi, Cənubi Qafqazda vəziyyət partlayış təhlükəli idi. Və bununla belə, əsasən Heydər Əliyevin siyasi çəkisi sayəsində qərb neft şirkətləri bu layihəyə çox milyardlı investisiya qoymaq qərarına gəldilər.

Riyaziyyat professoru Roman Liberzon yazır: “İki dahi qrosmeyster – riyaziyyatçı tarixin gedişini dəyişdi. Bu, bütün alman şifrələrinin (eyni zamanda 1982-ci ilə qədər olan sovet şifrələrinin hamısını) məxfiliyini açan Xyu Aleksander və “əməliyyatların tədqiqatı” adlanan elmin yaradıcısı Royben Fayn idi. Oyunlar nəzəriyyəsini yaradanlardan biri  olan Fayn, Sakit okeanın ucsuz-bucaqsız geniş ərazisində Yapon gəmilərinin harada olduğunu hesablamışdı”.

“Əsrin müqaviləsi”nin bağlanması prosesində Heydər Əliyevin açılması tələb olunan nə qədər gizli kodlarla qarşılaşmalı olduğunu söyləmək çətindir.

“Əsrin müqaviləsi” bağlanana qədər və imzalanması zamanı əgər demək mümkündürsə, qəribə hadisələr baş verirdi:

1994-cü ilin iyulun 21-də Rusiya Federasiyasının Prezidentinin “Xəzər dənizində Rusiya Federasiyasının maraqlarının təmin olunması haqqında” №95-rps Sərəncamı nəşr olunur, bu Sərəncamda Azərbaycana qarşı Xəzərdə “soyuq müharibə” elan olunur. Həm də, Sərəncam elə yazlıb ki, “soyuq müharibə” istənilən an “qaynar müharibəyə” keçə bilər;

Bu sərəncama əsasən Rusiya Nazirlər Soveti qərar qəbul edir və bu qərarda deyilir:

“İcra hakimiyyətinin bütün federal orqanlarına tapşırılsın ki, Rusiya Federasiyasının Prezidentinin 1994-cü il 21 iyul tarixli, 359-rps nömrəli “Rusiya Federasiyasının Xəzər dənizində maraqlarının təmin olunması haqqında” Sərəncamının qəti sürətdə yerinə yetirilməsi haqqında tədbirlər görsün və onların əvvəllər qəbul etdikləri aktları Prezidentin bu Sərəncamı ilə uyğunlaşdırsınlar”, – Azərbaycan nahaq düşünür ki, xəzərin neft mədənləri ona məxsusdur. Rusiyasız heç kim ora burnunu soxa bilməz” – Rusiya vitse-prezidenti Russkoй belə deyib;

– Jirinovski bəyan edib: “Bakı bilməlidir ki, əgər o, amerikalılarla birlikdə Xəzərdə quyu qazmağa başlasa, biz bu quyuları bombalayacayıq, yandıracayıq. Xəzər bizimdir, bu rus Xvalın dənzidir!”;

– “Bakı üçün Xəzəri qadağan etmək lazımdır – ora neft çıxarma üçün avadanlıqları buraxmamaq, hər yerdə, hər şeyi ardıcıl olaraq batırmaq və yandırmaq!...”;

– “Çoxdan Bakını vurmaq lazımdır!...” deyə Jirinovski qışqırır (iyirmi il sonra Jirinovski Bakıya gəlir və coşğunluqla Azərbaycanın və onun Prezidenti İlham Əliyevin uğurlarını tərifləyir. Müəllif, başqaları necə fikirləşdiyini bilmir, amma, o onun heç bir sözünə inanmır. Əgər sabah Kremldən Jirinovskiyə əmr etsələr, o, Ermənistana uçar və orada deyər: “Siz bizim sadiq müttəfiqlərimizsiniz, sizin isə başlıca düşməniniz Azərbaycandır)”;

– “Əsrin müqaviləsi”nin imzalanması mərasimində iştirakına görə Rusiyanın energetika naziri Şafranniki Rusiya Prokurorluğuna çağırmışdılar;

– Rusiyanın xarici işlər naziri Kozırev 1994-cü ilin oktyabrın 12-də Heydər Əliyevə zəng etmiş və onu şantaj etməyə cəhd göstərmişdi, amma, layiqli cavab aldıqdan sonra Rusiya baş naziri Çernomırdinə geniş doklad yazmışdı və Bakıya qarşı siyasi və iqtisadi sanksiyalar həyata keçirməyi təklif etmişdi;

– Heydər Əliyev ilə şəxsi söhbətdə Rusiyanın müdafiə naziri Qraçev onu hədələmişdi ki, regionda vəziyyət gərginləşdiyi halda erməni tankları (əslində rusiyanın) 7-8 saatdan sonra Bakıda olacaqlar;

– Moskvada Əliyev ilə söhbətdə Rusiya parlamentinin spikeri Xasbulatov kifayət qədər sərt formada Əliyevdən xahiş edir ki, xəzər yataqlarının mənimsənilməsi məsələsini sonraya saxlasın: “Bu gələcəyin işidir. Bugün bizim Sizinlə çoxlu başqa işlərimiz var”. Rusiyanın xüsusi xidmət orqanları bu danışığı yazıb və onu Yeltsenə verib. Ola bilsin ki, bunu bilərək, Xasbulatov bu sözləri deyib;

–  bunun ardınca Bakıda iki görkəmli dövlət xadimi öldürülür;

– Azərbaycanın şimal sərhəddində irimiqyaslı mitinq təşkil olunur və mitinqin tələbi “Azərbaycanda yaşayan ləzgilərin hüquqlarının qorunması” olur;

– rusiya xidmət orqanları bütün rusiya kanalları ilə sujet yayırlar ki, Azərbaycan vasitəsi ilə Dudayev silah alır. Rusiya təyyarələri növbəti dəfə Çeçenistanın qəsəbəsini bombaladıqda rus generalları sensasiya ilə çıxış edirlər ki, bu bombalayan təyyarələr qonşu ölkələrdən birinə aiddir (başqa sözlə, Gürcüstana və ya Azərbaycana);

– diplomatlar da yatmamışdılar – Rusiyanın Azərbaycandakı səfiri Bloxin bəyan etmişdi ki, əgər Bakı öz ərazisində rusiyanın raket əlehinə qurğularını yerləşdirməsə, onda terroristlərin əlinə keçmiş, nüvə başlıqlı raketlər ona təhlükə yarada bilər;

– Bakıya Federasiya Şurasının sədri V.Şumeykonun səfəri zamanı o, gizlətməyib ki, Azərbaycanın nəqliyyat blokadası xəzər nefti ilə bağlıdır. “Allaha şükür, biz Xəzərdə nə etməyi  və neftini necə ixrac etməyi biz özümüz bilirik” – deyə Şumeyko bəyan etmişdi;

– “Biz xarici şirkətləri Xəzərə buraxmayacayıq, çünki, bu, Rusiyanın maraqlarına toxunur...”;

– Maxaçkala televiziya kanalı H-5 ilə rus general Danilenko bəyan edir ki, Çeçenistandakı hadisələrlə əlaqədar olaraq Dağıstana əlavə qoşunlar gətirilib – onlar Azərbaycan sərhəddi yaxınlığında yerləşdirilib;

– uzun müddət susan Yeltsenin Xəzərin statusu haqqında bəyanatı meydana çıxır;

– “1995-ci ilin iyulun 2-də yalnız Bakı hava limanı üzərindən əsən küləyin istiqamətinin kəskin dəyişməsi Əliyevi ölümdən xilas edir; kolluqda gizlənmiş terrorçular daşınan zenit raket kompleksi “İqla”dan (yeri gəlmişkən, hərbi hissələrindən birinin rus zabiti Sergey Qlebovdan 1400 dollara alınmışdı). prezidentin təyyarəsini vurmağa hazır idilər. Layner başqa tərəfdən eniş edir və bu suiqəsdin həyata keçirilməsini pozur. Baranes yazır ki, amma cinayətkarlar tutulur.

Siyasi stabillik və Azərbaycanın beynəlxalq qəbul olunması şəraitlərində xəzər neft kontraktlarının, Bakı-Ceyhan neft kəmərinin və s. imzalanması proseslərinə start verilir.

Yuxarıda qeyd olunan hadisələrlə tanışlıq göstərir ki, Heydər Əliyev Xəzər regionunda siyasi vəziyyəti nə qədər dəqiq və dərin hiss etməli idi, ən iri xarici neft şirkətləri ilə kontraktları imzalayarkən istənilən kobud səhv və ya ehtiyatsız siyasi addım pis nəticəyə gətirib çıxarardı.

Qorbaçovun komandasının keçmiş ideoloqlarından biri, Qorbaçov devrildikdən sonra Yeltsenin komandasına qoşulan və hazırda uğursuz olaraq Putinin ideoloqları sırasına can atan Miqronyan Rusiyanın aparıcı telekanallarının birində 2005-ci ilin dekabrın 18-də bəyan etmişdi: “Rusiya Xəzərin statusu müəyyənləşənə qədər Xəzəri bağlamalı idi və oraya “BP” və Amerika şirkətlərini buraxmamalı idi. Rusiya tarixi şansı əldən buraxdı”.

Buradan, Miqronyana görə, Azərbaycan verilmiş imkandan tam istifadə edib! Uçuşa qalxdıqda Azərbaycanı “vurmaq” mümkün olmadı, üfüqi uçuşda bunu etmək o qədər də sadə deyil.

Jurnalistlər bu müqaviləni “Əsrin müqaviləsi” adlandırdılar. Onu həmçinin “Azadlıq müqaviləsi” adlandırmaq olar. Əslində, bu birinci beynəlxalq iqtisadi aktdır ki, SSRİ-nin keçmiş respublikalarının tam suverenliyini əks etdirir. Nə zamansa, obyektiv tarixçilər bu hadisəni Qərbə tarixi iqtisadi sıçrayış kimi qiymətləndirəcək.

Ceyms Mak Duqallın fikrincə, “gələcək tarixçilər 1997-ci ili ABŞ-ın Xəzərin geostrateji əhəmiyyətini reallaşdırdığı və uyğun olaraq öz xarici siyasətini aparmağa başladığı” il kimi qeyd edəcəklər”.

Bu tarixi cəsarətlə 2-3 il geriyə çəkmək olar, amma, başlıcası odur ki, bu tarixi vaxta həlledici tövhəni Heydər Əliyev verib.

Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalayarkən demişdi:

“Bu müqaviləni imzalayaraq biz dünyaya Azərbaycan Respublikasının hüquqi haqlarını, Azərbaycanın suverenliyini və bizim xalqımız öz sərvətlərinin sahibi olduğunu bir daha nümayiş etdiririk. Bu müqaviləni imzalayaraq Azərbaycan Respublikasının dünyanın aparıcı dövlətləri ilə və onların iri şirkətləri ilə əlaqələrinin yaranması üçün, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına inteqrasiyasının əsasını qoyuruq. Bu müqaviləni imzalayaraq biz bir daha dünyaya nümayiş etdiririk ki, Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir”.

“Əsrin müqaviləsi” imzalanarkən müəllif Heydər Əliyev və müqavilənin iştirakçıları arasında maraqlı dialoqun şahidi olub. Onlardan biri H.Əliyevdən soruşdu: “Siz Xəzərin enib-qalxması haqqında nə düşünürsünüz, bu bizi narahat edir”. Buna H.Əliyev cavab sualı verdi: “Dünya şöhrətli alimlər hesab edirlər ki, əgər qlobal istiləşmə başlasa, birincilərdən olaraq Böyük Britaniya ziyan görəcək. Siz bu haqda nə düşnürsünüz?”. Hamı dostcasına gülüşdü.

Xəzər neft və qaz müqavilələrinin bağlanmasını, Bakı-Ceyhan neft kəmərinin və Bakı-Ərzurum qaz kəmərinin çəkilməsini istənilən iri strateji faliyyət kimi şahmat partiyası ilə müqayisə etmək olar. Məlum olduğu kimi, şahmat partiyası üç tərkib hissəsindən ibarətdir – debüt (oyunun başlanğıcı), mittelşpil (oyunun ortası) və endşpil (oyunun sonu). H. Əliyev oyunun başlanğıcını və ortasını (mittelşpil xüsusilə mürəkkəb idi) parlaq apardı. Kifayət qədər mürəkkəb olan endşpili isə İ.Əliyev uğurla başa çatdırdı.

İqtisadiyyata daha yaxın başqa sözlərlə, Bakının bütün xəzər neft qaz strategiyasını Heydər və İlham Əliyevlərin yeni kursunun özəyi adlandırmaq olar.

Neft müqavilələrinin imzalanmasında o vaxt ARDNŞ-in vitse-prezidenti olmuş İlham Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır. İngilis dilini mükəmməl bilən, beynəlxalq və neft konyukturasını bir başa bilən İlham Əliyev beynəlxalq sertifikatlı təcrübəli hüquqşünasları cəlb edərək və ARDNŞ-in sovet düşüncəli rəhbərliyinin ətalətini aradan qaldıraraq Azərbaycan üçün unikal olan layihənin uğurlu həyata keçməsində xüsusi rol oynayıb.

Əksər mürəkkəb vəziyyətlərdə, H.Əliyevdə danışıqların bəzi aspektlərinə aid bəzi şübhələr yarandıqda o, İ.Əliyev ilə məsləhətləşirdi – bu, dəqiq məlumdur!

“Əsrin müqaviləsi”ni ən qısa zamanda imzalamaq lazım idi, bunu Azərbaycanın strateji maraqları tələb edirdi. Ləngimə və ya daha bir fiasko ölkəyə çox baha başa gələrdi. Prezidentə təkcə mütəxəssislər yox, həm də o, tamamilə inana biləcəyi insanlar lazım idi ki, Azərbaycanın neft strategiyasının işlənib hazırlanmasında onun silahdaşı ola bilsin. Beləliklə, Heydər Əliyev öz oğlu İlham Əliyevi Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin etdi.

İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Xyustona getdi. Üç ay müddətində fasiləsiz iş gedir və nəhayət razılaşma layihəsi tam hazır oldu.

20 sentyabr 1994-cü ildə təntənəli şəraitdə “əsrin müqaviləsi” Bakıda imzalandı. İki gün sonra isə Heydər Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka yola düşdü. Özünün “Bir səfirin manifesti” kitabında Hafiz Paşayev bu haqda yazıb.

H.Əliyevin Karaulov ilə müsahibəsinin dramatik sətirlərini oxuduqda və A.Konçalovskinin filmindəki kadrları gördükdə dəniz neft müqavilələrinin bağlanmasında İ.Əliyevin rolu haqqında çox şey aydın olur.

“Əsrin müqaviləsi” imzalandıqdan sonra yeni müqavilələr imzalandı.

 

Mənbə: Чапай Султанов. Исторические расследования. Баку: Мутарджим, 2016, 632с.

 

2017-01-19   35357