NKPI

Maraqlı Məlumatlar

Vaqif Abbasovun aforizmləri və məsləhətləri 24-cü hissə

***

Uşaqlara süni geyimləri geyindirmək onun gələcək sağlamlığı üçün təhlükələrin bünövrəsinin qoylmasıdır.

***

Uşaqları rəğbətləndirmə onları yeni uğurlara sövq edir. Uşaqların ən kiçik bildiyiniz uğur və bacarıqlarını dəyərlən­dirməyin vacibliyini unut­mayın.

***

Öz gözəlliyinizi qorumaq nami­nə övladlarınızı həyati əhəmiy­yətli ana südündən məhrum etməyin, bu, bağışlanmaz günahdır.

***

Çalışın ki, mümkün qədər uşağa süni, konservləşdirilmiş qida verməyəsiniz, süni qida hələ möhkəmlənməmiş uşaq bədəni üçün olduqca təhlü­kəlidir.

***

Oğlan uşaqları üçün həyati prob­­lemlər, xüsusən də, sağ­lam­lıq və emosional problemlər yaradan qidaların qara siya­hısını yadda saxlayın: broyler toyuğu, pivə, kolbasalar, qəhvə və s.

***

Heç vaxt oğlan uşaqlarına dar alt dəyişəyi, hətta dar şalvar geyindirməyin. Bu, onların kişilik funksiyalarının kəskin azalmasının ən əsas səbəblərindəndir.

***

Hər gün süni yuyucu vasitələr istifadə etməklə çimmək dəri üçün təhlükəlidir. Dəri zəiflədikdə insana ürək qədər həyati əhəmiyyətli olan kapilyarların böhranı başlayır. Təsadüfi deyil ki, revmatizm ürək xəstəliklərinin yaran­masına əsas səbəblərdən biridir.

***

Azca xörək duzu qatılmış su ilə yuyunmaq, həm təmizliyi, həm də dərinin sağlam olmasını təmin edir.

***

Yeni dünyaya gəlmiş körpə dayanmadan ağladıqda hər gözünə iki damcı ana südü və ya gildən süzülmüş zeytun yağı damızdırılsa, o ağlamaz. Unutmayın ki, bu, dünyanın ən məşhur loğmanı İbn Sinanın təklifidir.

***

Özünüzə arzulamadığınızı heç kimə arzulamayın, allahdan cəza alarsınız. 

2017-01-20   35667