NKPI

Maraqlı Məlumatlar

MARAQLI MƏLUMAT - Vulkanlar (II Məlumat)

  • Yeraltında təzyiq altında qaynar maqma ilə qızdırılan su güclü buxar axını və qaynar su şəklində səthə çıxa bilər və onda bu, qeyzer adlanır. Ən böyük qeyzerlər yüz metrlərlə hündürlüyə malik olur.
  • Sent-Xelens (ABŞ, Vaşinqton ştatı) vulkanının 1980-cı ildə püskürməsi Şimali Amerikada XX əsrdə ən böyük püskürmələrdən biri idi. Püskürmə dağın zirvəsini dağıtmış və uzaq ətrafdakı meşəni kül ilə örtmüşdü.
  • Güclü partlayış. Yava adasından şərqdə yerləşən Krakatau vulkanının 1883-cü ildə püskürməsi elə gurultu ilə müşayət olunmuşdu ki, o, Amerikada eşidilmişdi.
  • Boz Səma. Yavada 1815-ci ildə Tambora vulkanının püskürməsi o qədər toz qaldırmışdı ki, Günəş bütün yer kürəsi üzərində tutulmuşdu. Bu, iki il ardıcıl olaraq soyuq yaya səbəb olmuşdu.
  • Pompeyin məhvi. Bizim eradan əvvəl 79-cu ildə İtaliyada Vezuvi vulkanı püskürdükdə Roma şəhəri Pompeyin  əhalisi tamamilə həlak olur. Şəhərin qalıqları (demək olar ki, kül təbəqəsi altında tam qalmış) XVIII əsrdə aşkar olunmuşdu.
  • Bəşəriyyətin tarixində ən nəhəng. 20 min il əvvəl Sumatra adasında Toba vulkanı püskürmüşdü və o, bütövlükdə adanı 300 m kül ilə örtmüşdü.
  • Yer tarixində ən nəhəng. Yerdə nə vaxtsa baş vermiş ən böyük püskürmələrdən ən nəhəngi 65 milyon il əvvəl lava ilə demək olar ki, bütün Hindistanı örtmüşdü.

 

Mənbə: Новая энциклопедия школьника. Москва, “Махаон”, 2016, 384с.

2017-02-21   35314