NKPI

Maraqlı Məlumatlar

Qalvanik element...

Qalvanik element. Standart elektrod potensialları sırası. Korroziya. Elektroliz” mövzusuna aid olan və yadda saxlanılması vacib məlumatlar

- Qalvanik element – kimyəvi reaksiyanın enerjisini elektrik enerjisinə çevirməyə imkan verən cihazdır.

- Səthində oksidləşmə prosesi gedən elektrod anod adlanır. Oksidləşməyə mənfi yüklü ionlar məruz qaldığından (məhz onlar elektron verə bilir) mənfi yüklü ionlar anion adı almışdır.

- Səthində reduksiya prosesi gedən elektrod katod adlanır. Müsbət yüklü ionlar reduksiya olunduğundan (məhz onlar elektron qəbul edə bilər) kation adlanır.

- Zəncirdə elektrik cərəyanı axması üçün aşağıdakı şərtlər ödənməlidir:

1) yüklü hissəciklərin (elektronların, ionların) olması;

2) potensiallar fərqinin olması (fəzaca ayrılmış müsbət və mənfi yüklərin olması ilə təmin olunur);

3) zəncirin qapalı olması.

- t=25°C-də, P=1 atm, məhlulun qatılığı 1 mol/l olduqda reaksiya şəraiti standart adlanır.

- Əgər eyni standart şəraitlərdə bir yaçeykasında hidrogen elektrod digərində Mn+/M0 sistemi olan qalvanik element əlaqəli olduğu zəncirdə əmələ gələn elektrik hərəkət qüvvəsi bu sistemin (Mn+/M0) standart elektrod potensialı adlanır.

- Oksidləşmiş forma / Reduksiya olunmuş forma yarımreaksiyasının potensialının artması ilə (standart elektrod potensialları sırasında soldan sağa doğru) reduksiya olunmuş formanın reduksiyaedici xassəsi azalır və oksidləşmiş formanın oksidləşdirici xassəsi artır.

- Ümumiyyətcə ətraf mühitin təsiri ilə metalın dağılması korroziya adlanır.

- Sistemdə elektrik cərəyanı yaranmadan metalın ətraf mühitdə oksidləşməklə dağılması kimyəvi korroziya adlanır.

- Elektrolit mühitində sistemin daxilində elektrik cərəyanının yaranması ilə metalın dağılması elektrokimyəvi korroziya adlanır.

- Elektrokimyəvi korroziya zamanı qalvanik mikroelement yaranır. Daha aktiv metal anod funksiyasını yerinə yetirir. O, məfi yüklənir və həll olur. Daha az aktiv metal katod funksiyasını yerinə yetirir və müsbət yüklənir. Onun üzərində mühitin kationlarının reduksiyası gedir.

- Metalların elektrod potensialları nə qədər güclü fərqlənirsə, daha az aktiv metalın korroziya sürəti çox olur.

Bundan başqa elektrolitin qatılığı artdıqda və temperatur artdıqda korroziya sürəti artır.

- Elektrolitlər elektrik cərəyanının təsiri ilə parçalana bilirlər. Bu zaman baş verən proses elektroliz adlanır.

- Üzərində kationların oksidləşməsi prosesinin getdiyi mənfi yüklü elektrod katod adlanır. Üzərində anionların reduksiyası gedən müsbət yüklü elektrod anod adlanır.

Xarici dövrə qapandıqda mənfi yüklü anionlar anoda, mübət yüklü kationlar katoda hərəkət edir.

- Gərginlik sırasında metal nə qədər solda yerləşirsə, o, katodda bir o qədər çətin reduksiya olunur.

Hindrogendən sağda yerləşən metal katodda asanlıqla reduksiya olunur.

Aktiv metallar (litiumdan alüminiuma qədər) ümumiyyətcə suda məhlullardan reduksiya olunmur. Turş mühitdə onların əvəzinə protonlardan hidrogen, neytral və qələvi mühitdə metal reduksiya katodda su molekulundan hidrogen reduksiya olunur:

Kationları standart elektrod potensialları sırasında alüminium kationu və hidrogen kationu arasında yerləşən duzların suda məhlulların elektrolizi zamanı eyni zamanda metalın və hidrogenin reduksiyası baş verir.

- Anod proseslərinin qanunauyğunluqları belədir:

1) gərginlik sırasında sudan solda yerləşən oksigensiz turşuların anionları anodda asan oksidləşir;

2) oksigenli turşuların anionları və flüorid anionlar suda məhlulların elektrolizi zamanı yüksüzləşmir. Onların əvəzinə anodda su molekulunun və ya hidroksid-ionların (qələvi mühitdə) oksidləşməsi baş verir:

2017-03-28   46623