NKPI

Maraqlı Məlumatlar

Məmmədəli Əliyev (Sail) - Qiymətli olur söz həmişə kamil olanda

***

Xoşbəxtəm, əyər qeydimə bir an qalan olsa,

Həmdəm mənə ya, sən kimi bir canalan olsa.

 

Bir ölkənin təmin edə sərvətli xəzinə,

Sonra kimə lazım ki, o bir an talan olsa.

 

Dünyaləri, şirin dil ilə fəth edər insan,

Hər kəslə müdara edər, istər ilan olsa.

 

Güc ilə qəzadan qaça bilməz, dəxi bir kəs,

Yox çarə, o dərdə ki, fələkdən olan olsa.

 

Hörmətlə dolan, hörmətin artar günü-gündən,

Nifrət, elə bir şəxsə, müdam alçalan olsa.

 

Sail həmişə doğru danış, düzlüyü sev sən,

Bir həftə ömür sürməz o söz ki, yalan olsa.

 

 

Mənbə:  M.Əliyev. Qiymətli olur söz həmişə kamil olanda. 128 səh.

2017-05-28   35256