NKPI

Maraqlı Məlumatlar

Qəbələ şəhərinin və rayonunun adı haqqında nə bilirsiniz?

Qəbələ şəhəri eyni adlı rayonun mərkəzidir. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Keçmiş adı Qutqaşen olmuşdur. Qutqaşen adı mənbələrdə ilk dəfə 705-ci il hadisələri ilə əlaqədar Koqt şəklində (Qəbələ yaxınlığında) qeyd olunmuşdur. Sonralar şen (kənd) sözü əlavə olunmuş, əvvəlcə Koqtaşen, sonradan Kotqaşen (“t” və “q” səslərinin yerdəyişməsi), Qutqaşen formalarına düşmüşdür. Qutqaşen toponimi qədim Albaniyanın (Qafqaz) paytaxtı olmuş Qəbələnin adındandır.

 

Mənbə: Azərbaycan toponimləri. Ensiklopedik lüğət, “Azərbaycan Ensiklopediyası”, 2000, 588 s.

2017-05-28   36024