NKPI

Maraqlı Məlumatlar

Atalar sözü – ağlın gözü -22

Başqırd atalar sözü və məsəlləri
 
Yerişini bilməyən yolu korlayar, danışığını bilməyən – sözü.
***
Bir dəfə gördün – tanışsan, iki dəfə gördün – yoldaşsan, üç dəfə gördün – dostsan.
***
Yaşlı qız adaxlıdan qorxmaz.
***
Pis at yiyəsini qocaldar, pis arvad - ərini.
***
Özgəsini eşit, öz ağlına batanı elə.
***
Yolsuzluqdan – çala-çuxur da olsa, yol yaxşıdır.
***
Dərdsiz-qəmsiz adam su içməklə də kökələr.
***
Bir könülə iki məhəbbət sığmaz.
***
Ağıllı özünü qınayar, ağılsız – yoldaşını.
***
Sən özün torpağa əyilməsən, o sənə yaxın gəlməz.
***
Dosta atını veribsənsə, demə ki: onu qoru.

2019-02-12   32704