NKPI

Maraqlı Məlumatlar

ÜMUMDÜNYA TARİXİ – Qədim dünya (I məlumat)

Xronologiya

4.5 milyon il əvvəl – bizim eradan əvvəl 3000 il tarixə qədərki dünya. 

 

Təxminən 4 milyon il əvvəl

Şərqi Afrikadan olan avstralopiteklər düz yeriyənlərə aiddirlər, onların beyninin həcmi müasir insanın beyninin üçdə birinə bərabər idi.

Təxminən 3.75 milyon il əvvəl

Afar avstralopitekləri Şərqi Afrikada məskunlaşır.

2.75 -1 milyon il əvvəl

Efiopiyada tapılmış daş alətlər bu müddət ilə tarixlənir. Qida mənbəyi ət olur.

Təxminən 2.3 milyon il əvvəl

Şərqi Afrikanın Olduvay mağarasında tapılan erkən insan Qominidin tapılan qalıqları bu tarix ilə tarixlənir.

Təxminən 11000 il əvvəl

Planetdə temperatur artır, buzlu sahələr çəkilir, okean səviyyəsi qalxır. Artıq Sibir Şimali Amerikadan boğaz ilə ayrılır.

Təxminən 10000 il əvvəl

Ən qədim gil qab “saxsı dzyomon” (Yaponiya) qidanın daşınması və saxlanmasında inqilabın başlanğıcıdır.

Təxminən 8500-6000 il bizim eradan əvvəl

Türkiyədə, Yaxın Şərqdə və Mesapotamiyada kənd təsərrüfatının inkişafı Şimali Mesapotamiyada qoyunların və keçilərin ilk əhliləşdirilməsi

Bizim eradan əvvəl təxminən 5000-ci ildə

Ekvadorda Texuakan vadisində Mərkəzi Amerika dənli bitkilər (qarğıdalı) yetişdirməyə başlayır.

Bizim eradan əvvəl təxminən 4800-3750-ci illər

Mesapotamiyada ilk şəhər – dövlətlərin yaranması. Birinci belə dövlət ola bilsin ki, Uruk olmuşdur.

Bizim eradan əvvəl təxminən 4500-cü il

İnda vadisində süni suvarmanın başlanması. Asiyada atların ev heyvanına çevrilməsi

Bizim eradan əvvəl təxminən 4000-ci il

Mesapotamiyada ilk olaraq kotandan istifadə.

Təxminən 1.8 milyon il əvvəl – 500 il əvvəl

Odun məqsədli istifadəsinin ən erkən tarixi

Təxminən 1 milyon il əvvəl

Düz yeriyən insan Şimali Afrikada və Yaxın Şərqdə məskunlaşır.

Təxminən 400000 il əvvəl

Heydelberq insanı Mərkəzi Avropada məskunlaşır.

Təxminən 350000 il əvvəl

Neandertal Avropada məskunlaşır.

Təxminən 150000 il əvvəl

Ağıllı insan Afrikada, düz yeriyən insan Asiyada, Neandertal isə Yaxın Şərqdə və Avropada məskunlaşır.

Bizim eradan əvvəl 8000-ci ilə yaxın

Dünyanın ən qədim şəhərləri olan İerixon və Fələstin yaranır.

Bizim eradan əvvəl təxminən 7000-ci ildə

Yantszı vadisində ilk çin kənd təsərrüfatı icmaları yaranır. Kənd təsərrüfatı Avropanın cənubi-şərqi əyalətlərində yayılır.

Bizim eradan əvvəl təxminən 6000-cı ildə

Müasir Türkiyənin ərazisində yerləşən Çatal-Quyukda insanlar mis əridir və tutqun şüşəyə oxşayan mineral-oksidianı emal edə bilirdi.

Bizim eradan təxminən 6500-cü ildə

Şimali Afrikada İnda vadisində və Asiyada buynuzlu heyvanları uğurla ev heyvanlarına çevirdilər.

Bizim eradan əvvəl təxminən 3200-cü il

Misirdə ilk heroqlif yazısı yaranır. Şumerdə ilk təkərli nəqliyyat istifadə olunur. Şimali və Qərbi Avropada ilk meqalitik (iri daşlardan olan) qurğular tikilir.

Bizim eradan əvvəl təxminən 3100-cü ildə

Hökmdar Narmer Yuxarı və Aşağı Misirin birləşməsini başa çatdırır və birinci faraon olur. Yuxarı Misirin şəhəri olan Neken əhəmiyyətli ticarət mərkəzinə çevrilir.

Təxminən 70000 il əvvəl

İnsanın Yerdə məskunlaşması prosesi dayanır. Ola bilsin ki, Sumatra adasındakı Toba vulkanının titanik püskürməsi nəticəsində

Təxminən 40000 il əvvəl

Fransada Kro-Manon mağarasında qayaüstü rəsmlər

Təxminən 25000 il əvvəl

Neandertalların yox olması

Təxminən 20000 il əvvəl

Buzlaşma dövrünün insanları ov edərək, soyuqdan və vəhşi heyvanlardan qorunmaq üçün gizlənmək yeri, yığaraq və tikərək yaşayır.

Bizim eradan əvvəl təxminən 6000-cı ildə

Mesopotamiyadakı Tel-Xalaf şəhəri kimi ilk şəhərlər yaranmağa başlayır.

Bizim eradan əvvəl təxminən 5500-ci ildə

Mesopotamiyada dünyada ən erkən irriqasiya sistemi yaranır.

Bizim eradan əvvəl təxminən 5500-4500-cü illər

Avropada özünəməxsus saxsı qablı xətti-lentli saxsı mədəniyyəti yaranır.

Bizim eradan əvvəl təxminən 5000 il əvvəl

Əvvəllər Mesapotamiyada istifadə olunan mis cənubi-şərqi Avropada istifadə olunmağa başlayır.

Ardı var...

Mənbə: Филипп Паркер. Всемирная история. Астрель, Москва. 2011. 512 с.

2016-05-03   37634