NKPI

4-5 oktyabr 2016-cı il tarixində neft kimyası üzrə IX Bakı Beynəlxalq Məmmədəliyev konfransı keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə 4-5 oktyabr 2016-cı il tarixində neft kimyası üzrə IX Bakı Beynəlxalq Məmmədəliyev konfransı keçiriləcək. 

         Konfransın keçirilməsində əsas məqsəd neft emalı və neft kimyası sahəsində əldə olunmuş elmi-texniki nailiyətlərin müzakirəsi, tədqiqatların perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi və beynəlxalq əməkdaşlığın təşkil olunmasıdır.

         Bunlarla yanaşı ali və ümumtəhsil müəssisələrində kimyanın tədrisinin problemləri də müzakirə olunacaqdır.

Konfransın elmi proqramında aşağıdakı bölmələr üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.

 

Əlaqə məlumatları: e-mail: ipcp_lab3@mail.rutel:(+99412) 490-24-43

2016-02-18   960