ELAN
25 aprel 2020-ci il tarixində saat 12.00-da “Pandemiya şəraitində Horizon 2020: Tibbi araşdırmalar” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulub. Vebinarın Skype üzərindən təşkil edilməsi planlaşdırılır. Tədbirdə HORİZON 2020 Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər mövcud vəziyyət, yeni çağırışlar və layihə imkanları haqqında məlumat verəcəklər.
Vebinarın proqramı:
AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov – COVİD-19 və elmi əməkdaşlıq layihələri üçün imkanlar
Azərbaycan Tibb Universitetinin dosenti Rəhimə Qabulova – Horizon 2020 çərçivəsində “Səhiyyə, demoqrafik dəyişiklilər və rifah” sahəsində layihə imkanları
Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti Bölməsinin rəhbəri Fuad Novruzov –Ağciyərlərin COVİD-19 bənzəri iltihabında Pozitron Emissiya Tomoqrafiya və Komputer Tomoqrafiyasının əhəmiyyəti: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinatorluğunda
Azərbaycan Milli Antidoping Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov – Azərbaycanda elmin inkişafı üçün COST proqramı çərçivəsində imkanlar
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənov – COVİD-19 üzrə Mari Sklodovska-Küri proqramı çərçivəsində layihə imkanları
Vebinara qoşulmaq istəyənlər 23 aprel 2020-ci il tarixi saat 16.00-a qədər qeydiyyatdan keçməlidir:
https://docs.google.com/forms/d/e/1FAIpQLScVWdCjm5kcLWKaTK9zUdZbFJA1Q7yr0HCb1ys8zJPZbQUPLg/viewform
Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti Xarici əlaqələr idarəsinə esmira.alirzayeva@science.az ünvanı vasitəsilə müraciət edilə bilər.
2020-04-19
361
Ətraflı

Son Xəbərlər
“Uğurlu insan olmaq yolu” kitabı çapdan çıxıb
AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Məhərrəm oğlu Abbasovun, filologiya elmləri üzrə fəlsəfə
2021-02-22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın
2021-02-20
“Kataliz lüğəti” adlı kataliz üzrə azərbaycan-rus terminoloji lüğəti çapdan çıxıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları – k.e.d., professor Keykavus Əcəmov, k.ü.f.d., dosent Elvira Hüseynova və k.ü.f.d.
2021-02-19