NKPI

GƏNC ALİM VƏ TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

İslam İnkişaf Bankı (İİB) 2016-2017-ci  illər üzrə “Merit” təqaüd proqramı elan etmişdir. Təqaüd proqramına əsasən İslam İnkişaf Bankına üzv ölkələr üçün tibb, kənd təsərrüfatı-ərzaq, su ehtiyatları-səhralaşma, enerji, nanotexnologiyalar və İKT istiqamətlərində doktorantlar üçün  (yaşı 35-dən yuxarı olmayan) 3 il və elmlər doktorları hazırlığı üçün (yaşı 40-dan yuxarı olmayan) 6-12 ay müddətində Avropanın müxtəlif universitet və elmı mərkəzlərində tədqiqat aparmaq imkanları yaradılır. Təqaüd proqramı ilə bağlı bütün xərclər (təhsil, yaşayiş, beynəlxalq nəqliyyat, sığorta, konfranslarda iştirak xərcləri) İslam İnkişaf Bankının vəsaiti hesabına maliyyələşdirilir.

Təqaüd proqramı ilə bağlı ətraflı məlumatı www.isdb.org saytından əldə edə bilərsiz.

Sənədlərini təqdim etmək istəyənlər fevral ayının 26 kimi institutun “Gənc Alimlər və Mütəxəssilər” şurasının sədri t.ü.f.d. N.R.Abdullayevaya müraciət edə bilərlər. 

2016-02-24   757