NKPI

“Təqaüdlü Tədqiqat Proqramı” müsabiqəsi

Yaponiyanın “Matsumaye Beynəlxalq Fondu” (MBF) 2017-ci il üçün 3-6 aylıq “Təqaüdlü Tədqiqat Proqramı” müsabiqəsini elan edib. Namizədlərin seçimi zamanı təbiət elmləri, mühəndislik və tibb sahəsi ilə məşğul olanlara üstünlük veriləcək. Proqramda iştirak ilə bağlı bütün xərclər MBF tərəfindən ödənilir.

Ətraflı məlumatı MBF-in saytından www.mif-japan.org əldə etmək olar. Müraciət üçün son tarix 31 avqust 2016-ci il müəyyən olunmuşdur.

Müraciət edildiyi halda və müraciətiniz qəbul olunduqda institutun GAMŞ sədri t.ü.f.d. N.R. Abdullayevaya məlumat verməyiniz xahiş olunur. 

2016-02-24   581