NKPI

AMEA-nın institutları arasında I Spartakiada təşkil olunacaq

Mayın 16-26-da Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının institutları arasında I Spartakiada təşkil olunacaq. Spartakiada yarışları futbol, stolüstü tennis, şahmat və dama idman növləri üzrə keçiriləcək. İlk olaraq Spartakiada yarışlarında iştirak etmək istəyən əməkdaşlar İnstitut daxilində yarışlarda güclərini sınayacaqlar. Qalib gələn iştirakçılardan hər idman növü üzrə komanda heyəti müəyyənləşəcək və həmin komanda may ayında keçiriləcək I Spartakiadada müvafiq institutları təmsil edəcəklər. Yarışlarda iştirak üçün yaş məhdudiyyəti yoxdur.

Spartakiadada iştirak etmək istəyənlər mart ayının 7-nə qədər Neft-Kimya Prosesləri İnstitutunun “Həmkarlar İttifaqının” sədri k.e.f.d. B.K. Ağayevə müraciət edə bilərlər.  

2016-02-29   614