NKPI

B.Q.Zeynalovun 100 illik yubileyinə həsr olunmuş “Neftkimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz” mövzusunda beynəlxalq elmi-texniki konfrans haqqında MƏLUMAT 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) təşkilatçılığı ilə 29-30 iyun 2017-ci il tarixində görkəmli alim, professor, kimya elmləri doktoru, Azərbaycanın Əməkdar Elm Xadimi, akademik B.Q.Zeynalovun 100 illik yubileyinə həsr olunmuş “Neftkimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək.      

          Akademik B.Q.Zeynalov neft karbohidrogenlərinin maye fazada oksidləşməsi ilə sintetik neft turşuları (o cümlədən sintetik naften turşuları),onların törəmələri və digər qiymətli maddələrin alınması və eləcə də onların əsasında plastifikatorların yaradılması sahəsində görkəmli alim olmuşdur.

Konfransın keçirilməsində əsas məqsəd dünya şöhrətli alimin neft kimyası elminin inkişafındakı rolunun bir daha işıqlandırması,dünyada aparılan elmi tədqiqatların inteqrasiyası və müasir prioritetlərin müəyyənləşdirilməsidir.

Konfransın elmi proqramında aşağıdakı bölmələr üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur.

I Bölmə Neftkimyası və neft emalı

II Bölmə Üzvi kataliz

III Bölmə Polimer materiallar və kompozitlər

Tərtib qaydaları

Plenar məruzələrin tezisləri (1-5 səhifə), məruzələrin tezisləri isə (1 səhifə) aşağıdakı tələbata uyğun tərtib olunmalıdır:

-məruzənin adı iri hərflərlə, Times New Roman, 12 şriftlə (B) çap olunmalıdır;

-müəllifin adı, atasının adı, soyadı, elektron poçtu;

-məruzəni göndərən müəssisə, təşkilat, firma və şəhərin adı (K);

-məruzələrin mətni komputerdə Microsoft Word proqramında, Times New Roman, 12 şriftlə (1 abzas), 1,15 intervalla, sağ və soldan 20 mm yuxarı və aşağıdan 20 mm məsafə saxlanılmaqla çap olunmalıdır.

-məruzələr azərbaycan, rus və ya ingilis dillərində A4 formatda çap olunmuş halda 2 nüsxədə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) və CD-də qəbul olunur.

-məruzəçinin adının altından xətt çəkilməlidir.

Təqdim olunan məruzələr göstərilən tələbatlara cavab vermədiyi halda qəbul olunmayacaq.

Məruzələr redaktə olunmayacaq, təqdim olunan məruzələrə görə bütün məsuliyyəti müəlliflər özləri daşıyır.

Məruzələrin çap olunması üçün təsdiq olunmuş ekspertiza aktı, müəssisə və ya təşkilat rəhbərinin imzaladığı məktub göndərilməlidir. Təşkilat Komitəsi göndərilmiş materialların seçilmə və qəbul olunma hüququnu özündə saxlayır.

Məruzələrin tezislərinin qəbulu 1 aprel 2017-ci il tarixinə qədər davam edəcək.

Qəbul olunmuş məruzələr haqqında məlumatlar 1 may 2017-ci il tarixindən başlayaraq müəlliflərə çatdırılacaq.

 

Əlaqə məlumatları: e-mail: ipcp_lab3@mail.ru;

                                         tel: (+99412) 490-24-43

 

Təşkilat Komitəsinin Sədri                                          akademik V.M.Abbasov

 

09.02.2017    562