NKPI

Abbasov Vaqif Məhərrəm oğlu

Anadan olduğu yer: Azərbaycan Respublikasi, Tərtər rayonu, Cəmilli kəndi
Təvəllüdü (gün, ay, il): 1952-ci il oktyabrın 5-də
Təhsil (məktəbin adı və ixtisası): V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki ADPU) kimya fakultəsi
Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Akademik
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

02.00.13 - Neft kimyası

Olefinlər  və  bəzi  turşular əsasında amin və xrom kompleksləri–korroziya inhibitorları və karbohidrogen yanacaqlara antistatik aşqarlar kimi

Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, neft kimyası
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 931 (2016-cı il iyunun 30-a olan məlumat)
Xaricdə çıxmış elmi əsərlərin sayı: 267 (161 məqalə, 106 tezis)
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 50; Monoqrafiyaların sayı - 13; Dərslik - 20; Dərs vəsaiti - 18
Əsas elmi nailiyyətləri:
  1. 1982-ci ildə onun rəhbərliyi ilə çoxfunksiyalı VFİKS-82 adlı korroziya inhibitoru yaradılmış və SSRİ-nin neft mədənlərində istifadə olunmağa başlanmışdır, 1986-cı ildə bu inhibitorun qış modifikasiyası Azəri yaradılıb və istifadəyə verilib. 1983-1997-ci illərdə 21389 ton VFİKS-82, 1989-1997-ci illərdə 6600 ton Azəri inhibitoru istehsal olunaraq Rusiya Federasiyasında, Ukraynada, Azərbaycanda və Qazağıstanda istifadə olunmuşdur. 1990-cı ildə SSRİ Elm vəTexnika Komitəsi onun xarici ölkələrə satılması üçün lisenziya vermişdir.1984-cü ildə AP-L34-1 antistatikaşqarıyaradılmış, Perm AviasiyaMühərriklərizavodundavə Tbilisi Aviasiya zavodunda sənayedə istifadəyə qəbul olunmuşdur. V.M.Abbasov əməkdaşları ilə birlikdə 1986-cı ildə "Kaspi" adlı hidrogensulfid korroziyası inhibitoru yaratmış, indiki Heydər Əliyev adına Neft Emalı Zavodunda katalitik riforminq qurğusunda tətbiqini həyata keçirmişdir. Bu inhibitor zavodda benzinin stabilləşmə kalonunun müdafiəsi üçün istifadə olunur.1990-cı ildə "Kaspi-2" adlı yeni korroziya inhibitoru yaradılıb, Qazağıstanın Tengiz yatağında sənaye sınağlndan keçib və həminyataq üçü nnəzərdə tutulmuş texniki tələblərdən də yüksək nəticə alınıb. 1995-ci ildə dünyada analoqu olmayan "Kaspi-X" inhibitoru yaradılıb və indiki H.Ə.Əliyev adına neft emalı zavodunda həmin ildən tətbiqinə başlanıb. 1995–2013-cü illərdə 18530 ton Kaspi-X istehsal olunmuş və istifadə edilmişdir. Hazırda inhibitorun istifadəsi davam edir. Kaspi-X inhibitoru 2010-cu ildən eyni zamanda Azərneftyağ Neft Emalı Zavodunda da istifadə olunur. 1998-ci ildə "Xəzər" deemulqatoru yaradılıb və indiki H.Ə.Əliyev adına Neft Emalı Zavodunda neftin duzsuzlaşdırılması və susuzlaşdırılması üçün istifadəsinə başlanılıb. 1998- 2013-cü illərdə bu reagent 2748 ton istehsal olunub və istifadə edilib. 2003-cü ildə müalicəvi Naftalan neftinin təmizlənmə texnologiyası işlənib hazırlanıb, "Ağ Naftalan yağı"nın istehsalı təşkil olunub, bu yağ Azərbaycan Respublikasında və Ukraynada dərman preparatı kimi qeydiyyatdan keçib. 2009-cu ildə "NKPİ-34-2" yanğından mühafizə üçün köpükəmələgətiricisi yaradılıb, istehsalı təşkil olunub. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu reagentin istehsalı və istifadəsi üçün lisenziya verib. 2003-cü ildən "Bakı" ərphəlledicisi yaradılıb, neft emalı zavodlarında qapalı soyutma konturlarını ərpdən təmizləmək üçün istifadəyə qəbul olunub. Hazırda H.Ə.Əliyev adına Neft Emalı Zavodunda və "Azərneftyağ" Neft Emalı Zavodunda istifadə olunur. 2009-cu ildə "Kaspi-X(M)" inhibitoru yaradılıb, H.Ə.Əliyev adına Neft Emalı Zavodunda kimyəvi təmizlənmiş suyun nəqli sistemində korroziyadan müdafiə üçün tətbiqinə başlanılıb. 2009-2013-cü illərdə 286 ton "Kaspi-X(M)" istehsal olunub və istifadə edilib. 2011-ci ildə Xəzər-24 deemulqator-inhibitoru yaradılıb, "Azərneftyağ" İstehsalat Birliyində Almaniyadan alınan "Disolvan" deemulqatoru ilə müqayisəli olaraq sənaye sınağından keçib və tətbiq üçün daha əlverişli olduğu müəyyən edilib. 2011-ci ilin noyabr-dekabr aylarında bu deemulqatorun Abşeron Neft Qaz Çıxarma idarəsində sənaye sınağından keçirilib və yüksək nəticə əldə olunub.
  2. 1984-cü ildə V.M.Abbasovun ideyası və rəhbərliyi ilə AP-L34-1 antistatik aşqarı yaradılmış, Perm Aviasiya Mühərrikləri zavodunda və Tbilisi Aviasiya zavodunda sənaye sınağından keçmiş və istifadəyə qəbul olunmuşdur.
  3. V.M.Abbasov əməkdaşları ilə birlikdə 1986-cı ildə "Kaspi" adlı hidrogen sulfid korroziyası inhibitoru yaratmış, indiki Heydər əliyev adına Neft Emalı Zavodunda katalitik riforminq qurğusunda sənaye sınağından keçirmiş və onun istehsal və tətbiqini həyatakeçirmişdir. Hazırda bu inhibitor həmin zavodda benzinin stabilləşmə kalonunun müdafiəsi üçün istifadə olunur.
  4. 1990-cı ildə "Kaspi-2" adlı yeni korroziya inhibitoru yaradılıb, Qərbi Qazağıstanın Tengiz yatağında sənaye sınağlndan keçib və həmin yataq üçün nəzərdə tutulmuş texniki tələblərdən də yüksək nəticə alınmışdır.
  5. 1995-ci ildə dünyada analoqu olmayan "Kaspi-X" inhibitoru yaradılıb və indiki H.Ə.Əliyev adına neft emalı zavodunda sənaye sınağından keçib və həmin ildən tətbiqinə başlanıb. 1995-ci ildən 2012-ci ilin fevralın 25-nə qədər 12940 ton Kaspi-X istehsal olunmuş və istifadə edilmişdir. Hazırda inhibitorun istifadəsi davam edir.
    Kaspi-X inhibitoru 2010-cu ildən eyni zamanda Azərneftyağ Nefr Emalı Zavodunda da istifadə olunur. 1998-ci ildə "Xəzər" deemulqatoru yaradılıb və indiki H.Ə.Əliyev adına Neft Emalı Zavodunda neftin duzsuzlaşdırılması və susuzlaşdırılması üçün sənaye sınağından keçirilib və istifadəsinə başlanılıb. 1998-ci ildən 2012-ci ilin fevralın 25-ə qədər bu reagent 670 ton istehsal olunub və istifadə edilib. Hazırda onun tətbiqi davam edir.
  6. 2003-cü ildə dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin təmizlənmə texnologiyası işlənib hazırlanıb, "Ağ Naftalan yağı"nın istehsalı təşkil olunub, bu yağ Azərbaycan Respublikasında və Ukraynada dərman preparatı kimi qeydiyyatdan keçib.
  7. 2009-cu ildə "NKPİ-34-2" yanğından mühafizə üçün köpükəmələgətiricisi yaradılıb, sənaye sınağı keçirilib, istehsalı təşkil olunub. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu reagentin istehsalı və istifadəsi üçün lisenziya verib.
  8. 2003-cü ildən "Bakı" ərp həlledicisi yaradılıb, neft emalı zavodlarında sənaye sınağı keçirilib və qapalı soyutma konturlarını ərpdən təmizləmək üçün istifadəyə qəbul olunub. Hazırda H.Ə.Əliyev adına Neft Emalı Zavodunda və "Azərneftyağ" Neft Emalı Zavodunda istifadə olunur.
  9. 2009-cu ildə "Kaspi-X(M)" inhibitoru yaradılıb, .Ə.Əliyev adına Neft Emalı Zavodunda kimyəvi təmizlənmiş suyun nəqli sistemində korroziyadan müdafiə üçün sınaqdan keçirilib və tətbiqinə başlanılıb. 
    2009-cu ildən 2012-ci ilin fevralın 25-ə qədər 150 ton "Kaspi-X(M)" istehsal olunub və istifadə edilib.
  10. 2011-ci ildə Xəzər-24 deemulqator-inhibitoru yaradılıb, "Azərneftyağ" İstehsalat Birliyində Almaniyadan alınan "Disolvan" və Azərbaycanda istehsal olunan "Alkan" deemulqatorları ilə müqayisəli olaraq sənaye sınağından keçib və tətbiq üçün daha əlverişli olduğu müəyyən edilib. 
    2011-ci ilin noyabr-dekabr aylarında bu deemulqatorun Abşeron Neft Qaz Çıxarma idarəsində sənaye sınağından keçirilib və yüksək nəticə əldə olunub.
Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 36
Elmlər doktorlarının sayı: 10
Əsas elmi əsərlərin adları:
  1. Аббасов В.М., Гасымов З.З., Набибекова Х.А. Изучение влияния присадки АП-Л34-1 на антистатические свойствa светлых нефтепродуктов. Ж. «Транспорт и хранение нефтепродуктов углеводородного сырья», Москва, 1988, N4.
  2. Аббасов В.М. Перспективные направления синтеза ингибиторов сероводо-родной коррозии для сред с аномальным содержанием H2S и CO2 Ж. «Азербайджанское нефтяное хозяйство», N11-12, 1994, с.45-50.
  3. Аббасов В.М., Мамедов И.А. Исследование механизма защитного действия ингибиторов коррозии в двухфазной системе. Ж. «Защита от коррозии и охрана окружающей среды», 1995, N10, с.6-8.
  4. Аббасов В.М., Исаев Г.А., Джафарова Р.А. Структурно-групповой состав ароматических углеводородов нафталанской нефти и ее люминесценция. Ж. «Азербайджанское нефтяное хозяйство», 1999, N2, с.24-26.
  5. В.М.Аббасов, А.Н.Гасанов, Д.Н.Мамедов, Н.Н.Мусаев, Г.А.Наджафова, Н.Р.Абдуллаева. Отличительные особенности лечебной нафталанской нефти от некоторых промышленных нефти Азербайджана. Журнал. Процессы Нефтехимии и нефтепереработки. 2005, 3(22), с.32-34.
  6. Аббасов В.М., Г.А.Исаев. Лечебная нефть Нафталана «Азербайджан: проблемы разбития», 1996, 5 июня- N 22(43), с. 16-19.
  7. Аббасов В.М., А.С.Абдуллаев, Г.С.Гарайев, Н.Д.Ялийев, Э.Я.Исайева, З.В.Аббасова. Naftalan neftinin naften karbohidrogenlərinin açıq sınıq yaralarının müalicəsinin tətbiqi. IV Bakı Beynəlxalq Məmmədəliyev adına neft-kimya konfransının məruzələrinin tezisləri. 2000, 19-22 sentyabr, c.327.
  8. Аббасов В.М., Г.А.Исаева, М.М.Аббасова. Результаты исследований лечебной Нафталанской нефти из различных скватин. Процессы нефтехимии и нефтепереработки. 2000, N2, с.26-29.
  9. Аббасов В.М., Г.А.Исаева. Лечебная Нафталанская нефть: вчера, сегодня и в перепектеве. Процессы нефтехимии и нефтепереработки. 2000, N3, с.31-35.
  10. Аббасов В.М., Самедов А.М., Алиева Л.И., Самедов М.А. Антикоррозионные свойства солей нефтяных-кислот в условиях морской нефтедобычи. Практика промивокоррозионной защиты, №1 (51), 2009,с.10-14.
  11. Аббасов В.М., Шаи-Минг Пенг, Р.Г.Исмаилов, Л.М.Эфендиева, Зейналов Э.Б., Агамалиев З.З. Получение нафтеновых кислот при каталитическом участии пятиядерного комплекса. Процессы нефтехимии и нефтепереработки, 10, 3-4 (39-40), 2009, С.252-254.
  12. Аббасов В.М., Зейналов Э.Б., Агамалиев З.З. и др. Оптимизация получения СНК окислением дизельной фракций смеси бакинских нефтей. Москва, Нефтепереработка и нефтехимия, 2010, №11, С.42-46.
  13. Аббасов В.М., Алиева Л.И., Алиева Ф.М., Махмудова Л.А., Талыбова А.Г., Габибуллаев Р.Ф. Разработка оптимального режима нитрования высших линейных олефинов оксидом азота. Практика противокоррозионной защиты. Москва, 2011, №3 т.61, С.64-70.
  14. Н.Р.Абдуллаева, Т.А.Исмаилов, Р.С.Магеррамов, Т.А.Мамедова, Х.Р.Велиев, В.М.Аббасов. Синтез и исследование антистатических присадок к дизельным топливам на основе нефтяных кислот. Нефтехимия. Москва. 2011. №5. С.88-94.
  15. V.M.Abbasov, F.İ.Səmədova, Q.M.Qasımov, L.İ.Əliyeva, C.Q.Quliyev. Neft və neft-kimya məhsullarına azərbaycan respublikasının dövlət standartları. Bakı. “Elm”. 2012. 191 C. Kitab
  16. M.Hany Abd-El-Lateef, V.M.Abbasov, L.I.Aliyeva. “Novel corrosion inhibitors for protection from CO2 corrosion”. LAP Lambert Academic Publishing.- Germany. 2012. 228 P. Kitab
  17. V.M.Abbasov, Hany M. Abd.El-Lateef, L.I.Aliyeva, T.I.Ismayilov. “Corrosion inhibition of carbon steel in oil flied formation water containing CO 2 by some surfactants from the type of fatty acids”.// “International Porous and Powder Materials” adlı konfrans.-3-6 sentyabr 2013.-İzmir Türkiyə.-S 30.
  18. V.M.Abbasov, Adel.A.Mazzouk, A.H.Talybov, S.Z.Kasimova, O.A.Aydemirov. “Synthesis of 2,4,5-Triphenyl imidazole Derivatives using 1,4-Dimethyl Pipra- rinium Hydrogen Sulfate as Green, Reusable Catalyst”.// International Porous and Powder Materials” adlı konfrans.-3-6 sentyabr 2013.-İzmir Türkiyə.-S 26.
  19. G.A.Muhtarova, N.Kh.Efendiyeva, Z.A.Gasimova, H.C.İbrahimov, V.M.Abbasov. “İnfluence of Regime Parameters to the Hydrocracking process of Goudron in the presence of suspended nanosized catalysts”. // International Porous and Powder Materials” adlı konfrans.-3-6 sentyabr 2013.-İzmir Türki- yə.-S 52.
  20. Hany M. Abd.El-Lateef, V.M.Abbasov, L.I.Aliyeva, A.A.Qasimov, I.T.Ismayilov. “Inhibition of carbon steel corrosion in CO 2 -saturated brine us- 58 ing some newly surfactants based on palm oil: Experimental and theoretical in- vestigations”.// Journal of Material Chemistry and Physics.- 29 July 2013.-P 1- 10.
  21. В.М.Аббасов, Р.П.Джафаров, Е.Ш.Абдуллаев, Е.Дж.Агазаде, Э.К.Гасанов. «Оптимизация процесса создания консервационных жидкостей на основе амидоаминов и нитропродуктов». // Мир нефтепродуктов, № 8, 2013, С.17-20.
  22. Vagif M. Abbasov, Hany M. Abd El-Lateef, Sevinc A. Mamedxanova, Leylufer I. Aliyeva, Teyyub A. Ismayilov et al. Inhibitive Effect of Some Natu- ral Naphthenates as Corrosion Inhibitors on the Corrosive Performance of Car- bon Steel in CO 2 -Saturated Brine. // International Journal of Scientific Research in Environmental Sciences (IJSRES), Volume 1, 2013, p.166-178.
  23. G.A.Muhtarova, N.Kh.Efendiyeva, Z.A.Gasimova, H.C.İbrahimov, V.M.Abbasov. “İnfluence of Regime Parameters to the Hydrocracking process of Goudron in the presence of suspended nanosized catalysts”. // International Porous and Powder Materials” adlı konfrans.-3-6 sentyabr 2013.-İzmir Türki- yə.-S 52.
  24. Hany M. Abd.El-Lateef, V.M.Abbasov, L.I.Aliyeva, A.A.Qasimov, I.T.Ismayilov. “Inhibition of carbon steel corrosion in CO 2 -saturated brine us- 58 ing some newly surfactants based on palm oil: Experimental and theoretical in- vestigations”.// Journal of Material Chemistry and Physics.- 29 July 2013.-P 1- 10.
  25. В.М.Аббасов, Р.П.Джафаров, Е.Ш.Абдуллаев, Е.Дж.Агазаде, Э.К.Гасанов. «Оптимизация процесса создания консервационных жидкостей на основе амидоаминов и нитропродуктов». // Мир нефтепродуктов, № 8, 2013, С.17-20.
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
  1. Altunin adına Beynəlxalq Eklogiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü
  2. 1988-ci ildən 1992-ci ilə qədər "ASSOKOR" assosiasiyasının rəyasət heyətinin üzvü.
  3. Təhsil Nazirliyi nəzdində məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyyətinin sədri. (1992-2013)
  4. Neft və qaz bölməsi üzrə Rusiya Təbiət Elmləri Akademiyasısnın xarici üzvü seçilmiş və diplomla təltif edilmişdir (05.04.2013).
  5. Türk dünyası Tədqiqatları Elmlər Akademiyasının xarici üzvü seçilmişdir (may, 2013).
  6. Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilmişdir (05.04.2013).
  7. 2013-cü ilin noyabrın 15-də Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş və Avropa Təbiət Elmləri Akademiyasının Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunmuşdur.
Elmi-təşkilatı fəaliyyəti:
  1. NKPİ-nin Elmi Şurasının sədri (2011-ci ilin noyabr ayından);
  2. NKPİ-nin nəzdində D 01.031 Dissertasiya Şurasının sədri;
  3. AR İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü (2005-2011-ci ilin mart ayı).
  4. "Neft kimyası və neft emalı prosesləri" jurnalının baş redaktorunun müavini. (2003-cü ildən).
  5. AMEA-nın "Elm dünyası" elmi-kütləvi jurnalının baş redaktorun müavini (2013-cü ildən).
Təltif və mükafatlar:
  1. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı - 1987
  2. SSRİ-nın qabaqcıl ixtiraçısı döş nişanı - 1987
  3. SSRİ Neft-Kimya Sənaye nazirliyinin Fəxri Fərmanı - 1989
  4. Akad. Y.Y.Məmmədəliyev adına mükafat - 1996
  5. AMEA-nın Fəxri Fərmanı - 2000
  6. Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı - 2004
  7. "Azərbaycanın əməkdar müəllim"i fəxri adı - 2005
  8. "Şöhrət ordeni" - 2005
  9. İslam ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) "Elm və texnologiya" üzrə mükafatı - 2009
  10. NKPİ elm və təhsil sahəsində nailiyyətlərə görə Avropa Biznes Assambleyası (Oksford, İngiltərə) tərəfindən "Avropa Keyfiyyəti" mükafatına layiq görülmüşdür - 2009.
  11. "The Name in Science" (Elmdə Ad) fəxri adına layiq görülmüş AMEA-nın müxbir üzvü, k.e.d., professor V.M.Abbasov Dünya elminə verdiyi töhvələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı ilə təltif edilmişdir - 2013 (İngiltərə).
  12. Dünya elminə verdiyi töhvələrə görə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı ilə təltif edilmişdir - 2013 (İngiltərə)ı
  13. Uluslararası Altın Yıldız Madalyasına layiq görülmüşdür (Türkiyə, Ankara) -2013
  14. Təbiətşünaslıq elmləri üzrə Avropa Akademiyasının Kuratorluq və Elmi Şurasının qərarı ilə elmi tədqiqatlarda xüsusi xidmətlərinə görə Əsas qızıl Cəngavər ulduzu ilə təltif olunmuşdur – 2013
  15. Atatürk Uluslararası Ödülü – 2014-cü ildə.
Pedaqoji fəaliyyəti:
  1. "Kimya məktəbdə" elmi-metodiki jurnalın həmtəsisçisi və baş redaktoru. (2003-cü ildən)
  2. Məktəblilərin kimya olimpiadasının respublika turunu keçirən münsiflər heyətinin sədri və Azərbaycanın beynəlxalq və dünya kimya olimpiadalarında iştirak edən komandalarının rəhbəri. (1992-ci ildən)
  3. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəzdində kimyadan Ekspert Şurasının və Seminarın sədri (2001-ci ildən 2013-cü ilin sentyabrına qədər)
  4. Təhsil Nazirliyinin Elmi Metodiki Şurasının "Kimya və kimya texnologiyası" bölməsinin sədri (2001-ci ildən)
  5. VIII-XI siniflər üzrə kimya dərsliklərinin birinci müəllifi
İş yeri və ünvanı: AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Az1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı prospekti, 30
Vəzifəsi: Neft Kimya Prosesləri İnstirurunun direktoru və "Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası" şöbəsinin müdiri
Xidməti tel.: +994 (12) 4902476
Ev tel.: +994 (12) 
Mobil tel.: +994 (50) 3136240
Faks: +994 (12) 4903520
Elektron poçtu: