NKPI

Əmiraslanova Mənzər Nəzaməddin qızı

Anadan olduğu yer: Azərbaycan Respublikasi, Bakı ş.
Təvəllüdü (gün, ay, il): 1967
Təhsil (məktəbin adı və ixtisası): Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi: Kimya elmləri üzrə fəlsəfə doktoru
Elmi rütbəsi: Dosent
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

02.00.13,  02.00.06 , Neft kimyası,  Yüksək molekullu birləşmələr kimyası

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 61
Xaricdə çıxmış elmi əsərlərin sayı: 7
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 4
Əsas elmi nailiyyətləri:

Azotlu birləşmələrlə modifikasiya olunmuş fenol-, alkilfe-nolformaldehid oliqomerlərininn (ffo-ların), onların n-butil efirlərinin alınması, modifikasiya olunmuş və modifikasiya olunmamış fenol oliqomerlərinin hibridləşməsi və efirləşdi-rilməsi üsulları işlənib hazırlanmışdır. Tərkibində azotlu funksional qruplar saxlayan hibridləşmiş ffo-lar yüksək fi-ziki-mexaniki xassələrə malik qoruyucu örtük, kompozisiya tərkibləri, yüksək adgeziya möhkəmliyi olan yapışqan mate-rialları, elektrotexniki təyinatlı əlaqələndiricilər kimi prak-tiki əhəmiyyət kəsb edir.                                                    Fenol birləşmələrinin (fenol, monoalkil(C8-C12)fenollar, hid-ro­xinon və s.) azotlu birləşmələr iştirakında və sonuncuların ayrılıqda propilen oksidi ilə oliqomerləşmə məhsullarının alınması, xassələrinin tədqiqi və bu birləşmələrin mühərrik və sənaye yağlarında müxtəlif təyinatlı aşqarlar,korroziyaya,       termiki oksidləşməyə,metal hissələrin sürtünmədə yeyilmə-sinə, mikroorqanizmlərə qarşı, yuyuculuq potensialını artı-ran və özlülük aşqarı kimi sınağı istiqamətində tədqiqatlar aparılmış, müsbət nəticələr əldə edilmişdir.                        itki yağları ilə calaq olunmuş tərkibində azot-lu funksional qruplar saxlayan fenol və monoalkil(C8-C12)  ffo-ların alınması və bunların örtükəmələgətirici, yapışqan tərkibləri və əlaqələndirici kimi tətbiqinə dair tədqiqat işləri aparılır. Bitki yağları (soya,kətan, günəbaxan) ilə calaq olunmuş  monoalkil(C8-C12)ffo-ların metal avadanlıqların səthində aqressiv mühitlərə davamlı olan qoruyucu örtük material-ları kimi tətbiqinə dair tövsiyələr verilmişdir.

Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: -
Elmlər doktorlarının sayı: -
Əsas elmi əsərlərin adları:
  1. Əzizov A.H., Abdullayev Y.H., Əhmədov  S.M.,Əmiraslanova  M.N., Rüstəmov R.Ə., Rzayev Ə.X., Çələ­­biyev Ç.A. «Novolak və rezol tipli fenolfor­maldehid  oliqomerlərinin hibridi və onun n-və onun n- butil efirinin alınması». Patent i20040171  (01.10.2004) İxtira bülleteni №1.
  2. Əmiraslanova M.N. «Azottərkibli fenol oliqomer­lərinin yenialınma üsulları». Azərbaycan Neft Təsər­rüfatı jurnalı,2009, №10, с. 34-42
  3. Амирасланова М.Н., Абдуллаев Я.Г., Гусейнова Г.А., Алиева Н.М., Рустамов Р.А., Мустафаев А.М. «Влияние азотсо­дер­жа­щих фенольных оли­гомеров на вязкостно-темпе­ратурные характеристики базового моторного масла».  Журнал «Химия и технология топлив и масел», 2011, №5, s. 47-50
  4. Амирасланова М.Н., Сеидов  Н.М.,Алиева Н.М., Рустамов  Р.А.,Мустафаев А.М.,Рзаев А.Х. «Исследование нефтесо-бирающих свойств азотсодержащих оксипропилатов  моноалкил(C8-C12)фенолов» Журнал «Мир нефтепродук-тов», Вестник нефтяных компаний, 2013,  № 5, стр.32-34
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: -
Elmi-təşkilatı fəaliyyəti: -
Təltif və mükafatlar: -
Pedaqoji fəaliyyəti: -
İş yeri və ünvanı: AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Az1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı prospekti, 30
Vəzifəsi: “Azotlu birləşmələr” laboratoriyasının müdiriri
Xidməti tel.: +994 (12) -
Ev tel.: +994 (12) -
Mobil tel.: +994 (-) -
Faks: +994 (12) 4903520
Elektron poçtu: