NKPI

Musa İsmayıl oğlu Rüstəmov

Anadan olduğu yer: Azərbaycan Respublikası, Naxçıvan MR, Ordubad şəh.
Təvəllüdü (gün, ay, il): 08.05.1930
Təhsil (məktəbin adı və ixtisası): M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-texnoloq
Elmi dərəcəsi: Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor, AMEA-nın həqiqi üzvü
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.13 - Neft kimyası

Namizədlik (PhD) dissertasiyasının mövzusu:

“Kontakt-katalitik heterogen proseslərin aparılması üçün kiçik dispersli materialların birbaşa axınının tətbiqi ilə yeni yüksək səmərəli sistemlərin işlənib hazırlanması ”

05.17.07

“Yanacaq və qazın kimyəvi texnologiyası”

Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1980, neft kimyası
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 658
Xaricdə çıxmış elmi əsərlərin sayı: 256
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 136
Əsas elmi nailiyyətləri:

M.İ.Rüstəmovun elmi tədqiqatlarının istiqaməti heterogen-katalitik proseslərinin texnologiyasını, neft emalı və neft kimya prosesləri üçün katalizatorların yaradılmasını, neft emalı məhsullarının keyfiyyətlərinin yüksəldilməsini əhatə edir. O, heterogen-katalitik prosesləri aparmaq üçün lift reaktorlarının hidrodinamikasını, kiçik ölçülü mikrosiferik katalizatorların, qaynar lay və lift reaktorlar sistemində kimyəvi proseslərin effektivliyini nəzəri cəhətdən tədqiq etmiş, mikrosferik katalizatorların axıcılıq indeksinin proseslərin effektivliyinə təsirini öyrənmişdir. Akademik M.Rüstəmov yüksək effektivli Q. 43-107 katalitik krekinq kompleksinin müəlliflərindən biridir. Bu proses  Bolqaristan, Rusiya, Ukraina, Latviya, və Azərbaycan neft emalı zavodlarında istismar olunur. Onun tədqiqatlarının bir qismi neft emalı məhsullarının keyfiyyətini yüksəltmək məqsədi ilə hidrokrekinq, hidroizomerləşmə, destruktiv izomerləşmə, seolit katalizatorları  iştirakinda  oksigenli əlavələrin alınması proseslərinin yaradılmasına həsr edilmişdir. Nəticədə tərkibində qurquşun olmayan, ekoloji cəhətdən təmiz Aİ-93-, Aİ-95 avtomobil benzinlərinin alınma texnologiyası təklif etmişdir. M.Rüstəmov Azərbaycanda hidrogen energetikası sahəsində tədqiqatların əsasını qoymuşdur. Onun tərəfindən   Azərbaycanda neft emalı qaz emalı və neft kimya sənayesinin inkişaf konsepsiyası yaradılmış və onun əsasında neft emalı zavodlarının 2010 ilə kimi kompleks modernizasiyasının tərkib hissəsi və sxemi hazırlanmışdır. M.Rüstəmov bir çox Beynəlxalq və Respublikada fəaliyyət göstərən elmi şuraların və assosiasiyaların üzvi olmuşdur, Beynəlxalq konfranslarda, Simpoziymlarda Azərbaycanı təmsil etmişdir.

Elmlər namizədlərinin (fəlsəfə doktoru) sayı: 49
Elmlər doktorlarının sayı: 15
Əsas elmi əsərlərin adları:
  1. Определение критической скорости образования кипящего слоя теплоносителя. ХТТМ - 1959. - № 8. - С. 65-67
  2. Индекс текучести слоя мелкодисперсных материалов и его влияние на показатели процесса, проводимого в "кипящем" слое. АХЖ. - 1962. - № 6. - С. 53-61
  3. Современное состояние и пути интенсификации процесса каталитического крекинга, монография, Азернешр, Баку, 1966.
  4. О перспективах создания атомно-нефтеперерабатывающих комплексов. // Вопросы атомной науки и технологии, серия атомноводородная энергетика и технология.  1981, вып.2 (9).
  5. Фотоиндуцированное выделение водорода из воды под    действием    видимого    света    в    присутствии катализаторов. Химия и жизнь. - 1981. - № 9. - С. 7-8
  6. Photocatalytic Hydrogeneration from water-organic Solutions Using Polytumgstates. Lit, Y. International Journal of Hydrogen Energy. 1988. vol. 13.  № 08.-p. 533-538
  7. Some peculiarities in regeneration of zeolietcontaining cracking catalysts by carbon dioxide. // React. Kinet. Catal. Lett. Vol. 48, N1, 1992.
  8. Концепция Развития Нефтеперерабатывающей, Газоперерабатывающей и  Нефтехимической промышленностей Азербайджана. // Процессы нефтепереработики и нефтехимии, N1, 2000.
  9. Каталитические процессы получения высококачественных моторных топлив. Монография (I и II том), Баку "ЭЛМ"  2006.
  10. Новая технология получения цеолитсодержащих катализаторов каталитического крекинга с регулируемой пористой структурой. Процессы нефтехимии и нефтепереработки, 2006, № 3, С. 22-29.
  11. Диметиловый эфир-новое экологически чистое топливо. АНХ,  №8 стр,76-81
  12. Экологические проблемы  Земли и альтернативные источники энергии  Баку,2008
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
  1. 1980-1991 ci illərdə Hidrogen energetikası üzrə Beynəlxalq assosiasiyanın
  2. SSRİ EA Rəyasət Heyəti yanında Hidrogen energetikası komissiyasının bürosunun
  3. SSRİ EA "Neft Kimyası" və "Kataliz" koordinasiya şuralarının, SSRİ Nazirlər Şurasının Elm və Texnika Komitəsi nəzdində "Kataliz və onun sənayedə tətbiqi" şurasının üzvü
  4. Sosialist ölkələri Akademiyalarının Neft kimyası problemi üzrə katalitik krekinq və destruktiv izomerləşmə mövzusunun koordinatoru olmuşdur.
Elmi-təşkilatı fəaliyyəti:
  1. NKPİ-nin Elmi Şurasının sədri (2011-ci ilin noyabr ayından);
  2. NKPİ-nin nəzdində D 01.031 Dissertasiya Şurasının sədri;
  3. AR İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü (2005-2011-ci ilin mart ayı).
  4. "Neft kimyası və neft emalı prosesləri" jurnalının baş redaktorunun müavini. (2003-cü ildən).
  5. AMEA-nın "Elm dünyası" elmi-kütləvi jurnalının baş redaktorun müavini (2013-cü ildən).
Təltif və mükafatlar:
  1. Azərbaycan  Respublikası  Dövlət Mükafatı Laureatı - 1982;
  2. Azərbaycan Əməkdar Elm Xadimi - 1979;
  3. İqtisadi Əməkdaşlıq Təşkilatının "Elm və Texnoloji sahəsində mükafatı" - İstanbul 2002;
  4. Azərbaycan Respublikasının "Şöhrət" ordeni - 2004.
Pedaqoji fəaliyyəti:
  1. Professor,- Bakı Dövlət Universiteti 1999-2005
  2. Professor- Azərbaycan Dövlət Neft Akademiyası 1993-1995.
İş yeri və ünvanı: AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, Az1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı prospekti, 30
Vəzifəsi: Şöbə müdiri
Xidməti tel.: +994 (12) 4903038
Ev tel.: +994 (12) 4906411
Mobil tel.: +994 (50) 3557425
Faks: +994 (12) 4903520
Elektron poçtu: