NKPI

Tsikloalkilfenolların kimyası və texnologiyası laboratoriyası (22 saylı lab.)

Struktur bölmənin rəhbəri: Rəsulov Çingiz Qnyaz oğlu
İşçilərin ümumi sayı: 8
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Tərkibində naften həlqələri, hidroksil, azot, kükürd, fosfor və haloid fraqmentləri olan alkil-, tsikloalkilfenol əsaslı polifunksional kombinə olunmuş kimyəvi birləşmələrin sintezi (o cümlədən ion mayelərinin) və onların poliolefinlərə, yağlara, yanacaqlara kimyəvi əlavələr və olefinlərin oliqomerləşməsində istifadə olunan keçid-metal kompleksləri üçün yeni liqandlar kimi müqayisəli öyrənilməsi.
Struktur bölmənin əsaselmi nəticələri: Metanol və bioetanol əsasında avtomobil benzinlərinə yüksək oktanlı oksigenatın − metil-və etil-üçlü butil efirlərinin sənaye miqyasında alınması prosesinin texnologiyası işlənib hazırlan-mışdır. Laboratoriyanın tövsiyələri əsasında inşa edilmiş, məhsuldarlığı 1000 t/ay olan qurğuda sınaqlar aparılmışdır. İnstitutun Təcrübə-Sənaye Zavodunda N-(2-hidroksi-4-metil-benzil)-morfolinin ion-maye tipli kompleks duzu alınıb Azərb. Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərab-çılıq Elmi-Tədqiqat İnstitutunda uziyanvericilərə qarşı preparat kimi sınaqdan çıxarılmışdır. Sınaqların üzümçülük sahələrin-də geniş sınaqları tövsiyə olunmuşdur.