Polimerləşmə katalizi laboratoriyası (30 saylı lab.)
Struktur bölmənin rəhbəri: | Əliyeva Reyhan Vəli qızı |
İşçilərin ümumi sayı: | 13 |
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Polimerləşmə və oliqomerləşmə prosesləri üçün yeni homogen, heterogen və ion-maye tipli effektiv katalizatorların alınmasının və tətbiqinin elmi əsaslarının işlənib hazırlanması |
Struktur bölmənin əsaselmi nəticələri: | “Calanmış ion maye” liqandlı metalüzvi katalitik sistemlərin sadə “in situ” alınma üsulu işlənib hazırlanmış, onların iştirakında müxtəlif göstəricilərə malik poliolefinlər alınmışdır. Yeni sadə inisiator sistemləri iştirakında alınan calaq sopolimerlərin sulfo-törəmələri və onların nanotitan modifikatlarının iştırakında efirləşmə reaksiyalarının baş vermə mexanizmləri araşdırılmışdır. Tərkibində Cu-, Fe-, Al-saxlayan yüksək fiziki-mexaniki göstəricilərə və termooksidləşmə stabilliyinə malik, maqnit və elektrik xassələri ilə xarakterizə olunan polimer nanokompozitlər və faza-keçid materialları işlənib hazırlanmışdır. Pirolizin və katalitik krekinqin C4-fraksiyası əsasında yüksək oktanlı əlavələrin azeotrop qarışıqlardan selektiv ayrılmasına imkan verən, ekoloji və iqtisadi cəhətdən sərfəli, resirkulyasiya olunan ion maye tipli ekstragentlər alınmışdır. |
Ətraflı
Son Xəbərlər
AMEA-da 27 Mart – Elm Günü təntənəli şəkildə qeyd olunub
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasının Dairəvi zalında Elm Günü münasibətilə “Elm Günü və Günün
2024-03-27
Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının yeni kitabı çap olunub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları – kimya elmləri
2024-03-22
Xankəndi, 18 mart, 2024-03-19