NKPI

Neft və neft emalı məhsullarının analizi laboratoriyası (12 saylı lab.)

Struktur bölmənin rəhbəri: Yusifov Yusif Həmid oğlu
İşçilərin ümumi sayı: 8
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Yeni polifunksional kimyəvi birləşmələrin sintezi, onların fiziki-kimyəvi və özlülük temperatur xassələrinin öyrənilməsi, onların əsasında hazırda istifadə olunan yağlardan öz xassələrinə görə üstün mineral və sintetik yağların əsaslarının, eləcə də mineral və sintetik yağların komponentlərinin alınması.
Struktur bölmənin əsaselmi nəticələri: Neft, neft emalı və neft-kimya sintezi məhsullarının, təbii və neft emalı qazlarının uyqun metod və QOST-lara əsasən fiziki-kimyəvi xassələrinin analitik və xromatrofik üsullarla tədqiqi. İnsitutda işlənib hazırlanmış mütərəqqi tələblərə cavab verən mineral, sintetik, yarım sintetik yağların, yanacaqların, aşqarların və onların kompozisiyalarının istismar xassələrinin qiymətləndirilməsi.