NKPI

Neft-qaz çıxarma və emalı sənayeləri üçün kimyəvi reagentlərin texnologiyası laboratoriyası (28 saylı lab.)

Struktur bölmənin rəhbəri: Teyyub Allahverdi oğlu İsmayılov
İşçilərin ümumi sayı: 27
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Neft-qaz çıxarma və neft emalı sənayesində geniş tətbiq olunan korroziyaya və parafinçökməyə qarşı inhibitorların, deemulqatorların, ərptəmizləyici və köpük əmələgətirici reagentlərin, bitumların və gübrələrin alınma texnologiyalarının işlənib hazırlanması
Struktur bölmənin əsaselmi nəticələri: Laboratoriya şəraitində yerli xammallar əsasında yanğın söndürmədə istifadə olunan köpükəmələgətiricilərin alınması istiqamətində tədqiqatlar aparılmış, yeni yüksək keyfiyyətli və inhibitor xassəli köpükəmələgətirici kompozisiyanın istehsalı təşkil edilmişdir. Duzsuzlaşdırma və susuzlaşdırma qabiliyyətinə malik olan, inhibitor xassəli deemulqatorun alınması istiqamətində tədqiqatlar aparılmış, yeni kompozisiya tərkibli “Xəzər-24” deemulqatoru hazırlanmışdır. Bu deemulqatordan istifadə edərək laboratoriya şəraitində müxtəlif neft yataqlarından gətirilmiş xam neftlərin və “Azərneftyağ” NEZ-də 305 saylı qurğuda əmtəə neftlərinin deemulsasiyası aparılmış, müəyyən edilmişdir ki, deemulsasiya qabiliyyətinə görə bu deemulqator xaricdən gətirilən “Disolvan” deemulqatorundan geri qalmır.