NKPI

Xəbərlər

Akademik Vaqif Abbasovun H.Mahmudov adına 2 nömrəli texniki-humanitar liseydə görüşü oldu

Akademik Vaqif Abbasov  H.Mahmudov adına 2 nömrəli texniki-humanitar liseydə “Azərbaycan multikulturalizmi və qlobal mədəniyyətin formalaşmasında Azərbaycanın rolu” mövzusunda məruzə ilə çıxış edib.

Məktəbin IX, X və XI sinif şagirdləri, müəllimlər iştirak etmişdir.

Maraqlı məruzədən sonra akademik Vaqif Abbasov şagirdlərin çoxsaylı suallarına cavab vermişdir.

Vaqif Abbasov  məktəbin kitabxanasına bir neçə kitabını hədiyyə etmişdir.

Tədbir Bakı Beynəlxalq Multikulturalizm mərkəzi və Bakı Slavyan Universitetinin "Azərbaycan Multikulturalizmi" kafedrasının təşkilatçılığı ilə keçirilib.

2016-06-08   1856