Xəbərlər
AMEA NKPİ-də “Elm günü”nə həsr olunmuş iclas keçirildi
Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə “Elm Günü” təsis edilib. Həmin Sərəncama əsasən, hər il 27 mart tarixində bu əlamətdar günün qeyd edilməsi qərara alınıb.
Bununla bağlı AMEA akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) iclas keçirilib. İclasda giriş sözü ilə AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev çıxış edərək elm ictimaiyyətini peşə bayramı münasibəti ilə təbrik edib. Akademik qeyd edib ki, bu tarix həm də ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf edir.
Sonra akademik Dilqəm Tağıyev Elm Günü çərçivəsində keçirilən tədbirlər planına əsasən, Azərbaycanda kimya elminin inkişafındakı xidmətlərini nəzərə alaraq AMEA NKPİ-nin 10 nəfər əməkdaşını Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsinin fəxri fərmanı ilə təltif etdi.
Təltif olunan əməkdaşlar: k.e.d. Səfa Abasov, k.e.d., dosent Avtandil Talıbov, k.ü.f.d., dosent Teyyub İsmayılov, k.ü.f.d. Yusif Yusifov, k.ü.f.d. Akif Quliyev, k.e.d. Reyhaniyyə Həsənova, t.e.d., dosent Gülbəniz Muxtarova, t.e.d., prof. Leylufər Əliyeva, p.e.d., dosent Almaz Tağıyeva, k.e.d., dosent Lalə Əfəndiyeva.
2019-03-27
2675
Ətraflı

Son Xəbərlər
“Uğurlu insan olmaq yolu” kitabı çapdan çıxıb
AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Məhərrəm oğlu Abbasovun, filologiya elmləri üzrə fəlsəfə
2021-02-22
AMEA Rəyasət Heyətinin iclası keçirilib
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə AMEA-nın
2021-02-20
“Kataliz lüğəti” adlı kataliz üzrə azərbaycan-rus terminoloji lüğəti çapdan çıxıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları – k.e.d., professor Keykavus Əcəmov, k.ü.f.d., dosent Elvira Hüseynova və k.ü.f.d.
2021-02-19